Mobil versiya
Nazirin tıxac pobleminin həllındə önəmli çağrışı
Tarix: 26-11-2022 | Saat: 11:39
Bölmə:Gündəm | çapa göndər

Nazirin tıxac pobleminin həllındə önəmli çağrışı

Son zamanlar ictimai nəqliyyatın işindəki problemləri hər kəs müşahidə edir. Bu ildən hətta bəzi problemlər daha açıq şəkildə görünməyə başladı. Paytaxt sakinləri az qala hər gün ictimai nəqliyyatın işindən, yollardakı tıxaclardan şikayət edirlər.

Zaman-zaman mütəxəssislər, ekspertlər, rəsmi şəxslər, hətta vətəndaşlar problemin həlli üçün müxtəlif təkliflər səsləndirirlər. Gənclər və idman naziri Fərid Qayıbovun bu gün vətəndaşlara etdiyi çağrış qısa zamanda trendə çevrildi. Belə ki, Fərid Qayıbov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin çağırışına qoşularaq vətəndaşların piyada gəzməyə üstünlük verməsi üçün müraciət etdi.Nazir çağırışı zamanı ətraf mühitin mühafizəsinə və sağlamlığa diqqət çəkməyə çalışıb.

Məlumat üçün qeyd edək ki, ən çox piyada gəzən ölkə sakinləri Honkonqdadır. Burada sakinlər gündə 6880 addım atır. Növbəti yerlərdə Çin (6189), Ukrayna (6170) və Yaponiya (6010) yer alıb.

Azərbaycanda isə təssüfki bu məlumatlar əldə etmək üçün statistika yoxdur.

Danılmaz faktdır ki, Bakıda müəyyən nəqliyyat problemi var və müxtəlif vasitələrlə problemdən çıxış yolunu tapmaq lazımdır. İcitmai nəqliyyatın işinin düzgün təşkili, şəxsi avtomobillərdən az istifadə edib, ictimai nəqliyyata üstünlük vermək, piyada gəzmək də bunlardan biridir.

Nəqliyyat eksperti Elməddin Muradlı Trend-ə açıqlamasında bildirib ki, Gənclər və idman nazirinın çağrışı olduqca önəmlidir.

"İnanıram ki qısa zamanda bu çağrışa qoşulanların sayı artacaq, həm sağlamlıq, həm də ətraf mühitin mühafizəsi üçün piyada gəzmək önəmlidir. Qısa məsafələri piyada getməyə üstünlük vermək daha yaxşı olar.
Ətraflı

Lakin ilk növbədə Bakının nəqliyyat sistemində ciddi təkmilləşdirilmələr aparılmalıdır. Həm avtobusların, həm metronun işini daha optimal təşkil etmək lazımdır. İctimai nəqliyyat saat kimi dəqiq çalışmalıdır. İnsanlara seçim imkanı verilməlidir.

Vətəndaş istədiyi yerə həm metroyla, həm avtobusla, həm piyada və digər vasitələrlə rahat şəkildə gedə bilməsi təmin olunmalıdır.

Lazımı tədbirləri görməklə bərabər bu kimi çağırışlara qoşulmaq da olar", - deyə E.Muradlı qeyd edib.

Əlbətdə tıxac probleminin həlli üçün əsas məsələ nəqliyyat sisteminin təkmilləşdirilməsi, ictimai nəqliyyatın daha sürətli və dəqiq çalışmasını təmin etmək vacibdir.

Bu məsələdə həm dövlət qurumları, həm də vətəndaşlar üzərlərinə düşən işə məsuliyyətlə yanaşmalıdırlar. Təssüf ki, hər iki tərəfdə zaman-zaman səhlənkarlıqların şahidi oluruq. İctimai nəqliyyat gecikir, tıxaclar yaranır, vətəndaşlar da qısa məsafələrə belə "onsuz da taksi 1 manat yazır" təfəkküri ilə yanaşıb hərəkət edirlər.

Bakının tıxac dərdinin həlli üçün hər kəs üzərinə düşəni etməldir. Əks təqdirdə tıxaclarda itirlən vaxt, əvəzində qazanılan əsəb-stress artmaqda davam edəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-02-2023