Yanğınların tüstüsü diplomatik böhran yaratdı
Tarix: 03-11-2026 | Saat: 09:01
Bölmə:Dünya | çapa göndər

İndoneziyadakı meşə yanğınlarından yayılan zəhərli tüstü Sinqapur və Malayziyada həftələrdir davam edən hava çirkliliyinə və kəskin diplomatik gərginliyə yol açıb.
aia.az xəbər verir ki, palma yağı istehsalı üçün torpaqların yandırılması və “El Nino” quraqlığı səbəbindən alovlanan yanğınlar qonşu ölkələrdə tənəffüs problemləri yaradıb.
Malayziyanın bəzi bölgələrində məktəblər bağlanıb, vətəndaşlar isə İndoneziya məhsullarını boykot etməyə çağırılıb. Sinqapurda isə yüzlərlə təmiz hava sığınacağı yaradılıb, əhaliyə maskalar paylanıb. Eyni zamanda, yanğınlarla əlaqəli olmaqda şübhəli bilinən Sinqapur mənşəli 10 şirkət haqqında araşdırma başladılıb.
İndoneziyalı rəsmilərdən birinin qonşuların oksigen ehtiyacını İndoneziya meşələrinin ödəməsi ilə bağlı açıqlaması Sinqapur tərəfinin kəskin narazılığına səbəb olub. Gərginliyin ardınca İndoneziya daxili ehtiyacları əsas gətirərək, Sinqapura təbii qaz ixracını azaldacağını bildirib.
Malayziya isə iki ölkə arasındakı münasibətlərin tamamilə korlanmaması üçün İndoneziyaya qarşı daha ehtiyatlı diplomatik mövqe nümayiş etdirir. Bildirilir ki, kənd təsərrüfatı üçün meşələrin yandırılması dayandırılmasa, bu ekoloji və siyasi böhran hər il təkrarlanacaq.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-11-2026
02-11-2026