Mobil versiya
Azərbaycanda kişi arvadını iplə boğaraq öldürdü
Tarix: 19-11-2022 | Saat: 09:00
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda kişi arvadını iplə boğaraq öldürdü

Noyabrın 18-də səhər saatlarında Yevlax rayonunda 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən aia.az-a bildirilib ki, araşdırmalarla 1993-ci il təvəllüdlü Anar Salmanovun həyat yoldaşını qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı N.Salmanovanı iplə boğaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Salmanov saxlanılaraq istintaqa verilib.

Araşdırmalar davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024