Mobil versiya
Azərbaycan möhtəşəm qələbəyə imza atıb.
Tarix: 17-11-2022 | Saat: 18:20
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan möhtəşəm qələbəyə imza atıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşada Zəfər Günü münasibətilə təşkil olunan tədbirdə çıxış edərkən dövlətimmizin beynəlxalq müstəvidə çox fəal iş aparmasına, eyni zamanda, bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratdığını vurğuladı. Azərbaycanın düşünülmüş və uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmış, eyni zamanda, Qarabağ həqiqətləri, erməni işğalı ilə bağlı həqiqətlər dünya birliyinə çatdırılmışdır. Vətən müharibəsinə qədərki dövrdə BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi aparıcı beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişlər. Bütün bunlar Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin olmuşdur. 44 gün ərzində müharibə ilə bağlı beynəlxalq yanaşmanın müsbət olduğunu vurğulayan Prezident cənab İlham Əliyev bəzi ermənipərəst və Ermənistanla yaxın əlaqələrdə olan ölkələrin Azərbaycana qarşı bəzi siyasi addımlar atmağa çalışdıqlarını xatırlatdı. Lakin bu cəhdlər heç bir səmərə vermədi.
Ölkə başçısı Vətən müharibəsində ölkəmizin parlaq Zəfərinin əsasını təşkil edən digər bir amilin milli həmrəylik, xalq-iqtidar birliyi olduğunu öz çıxışında xüsusi vurğuladı. "İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda yekdil birlik nümayiş etdirdilər. Bu məsələdə vətənpərvərlik, gənclərin vətənpərvər ruhda yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsi göstərdi ki, Azərbaycan gəncləri vətənpərvərdir, Vətənə bağlıdır. Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyə edilməsində Prezidentin çox mühüm rolu və fəal siyasəti olub. Ümumiyyətlə, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir və daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi, bütün bunlar ölkəmizdə aparılan dövlət siyasətinin əsas nəticəsidir".
Bu gün beynəlxalq münasibətlər, diplomatik əlaqələr müasir beynəlxalq hüquq normalarına uyğun qurulub. Azərbaycan dünyada analoqu olmayan möhtəşəm qələbəyə imza atdı.
Bu gün hansısa ermənipərəst qüvvələrin antiazərbaycan kompaniyası həmin ölkələrin sərhədlərindən kənarda rezonans yarada bilməz.
Azərbaycanın haqq işinə heç bir qüvvə əngəl ola bilməz.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024