Mobil versiya
YAP-ın yaradılmasının 30-cu ildönümü ilə əlaqədar lənkəran​da tədbir keçirilib -Fotolar
Tarix: 17-11-2022 | Saat: 14:35
Bölmə:Ölkə / Özəl | çapa göndər

YAP-ın yaradılmasının 30-cu ildönümü ilə əlaqədar lənkəran​da tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Lənkəran​ rayon təşkilatının təşkilatçılığı ilə partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edən YAP Lənkəran​ rayon təşkilatının sədri İqbal Əmənullayev​ Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb.
Vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşı, partiyanın hər bir üzvü ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyanın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərimizdən qürur duyur.
Tədbirdə Darquba kənd ƏPT sədri Mais Kazımov , İ.Səmədzadə ünvanının ƏPT sədr müavini Ruhangiz Həsənova, Heydər Əliyev Mərkəzi ƏPT sədri Reyhanə Sadıxova , YAP fəalı Namiq Bağırov çıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs edib və partiyanın Ulu Öndərin fikirlərinə istinad edərək, dünənin, bu günün və gələcəyin partiyası olaraq fəaliyyət göstərdiyini söyldilər.

aia.az xəbər verir ki, sonda Lənkəran​ rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edildi.

Tədbirdən foto şəkillər təqdim edirik

Elman Hüseynov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024