Mobil versiya
Qazaxda Milli Dirçəliş Günü qeyd olundu -Fotolar
Tarix: 16-11-2022 | Saat: 13:09
Bölmə:Ölkə | çapa göndər

Qazaxda Milli Dirçəliş Günü qeyd olundu

16 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Qazax rayon Gənclər və İdman İdarəsi ilə birlikdə Milli Dirçəliş Gününə həsr olunmuş “Milli tariximizin şanlı səhifəsi” mövzusunda tədbir keçirdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunmasında, torpaqlarımızın işğaldan azad edilməsində canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq Milli Dirçəliş Gününün tarixindən, xalqımızın uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşmasından, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbədən və ölkəmizin əldə etdiyi çoxsaylı uğurlardan ətraflı danışdı.
Tədbirdə Qazax rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, BDU Qazax filialının tələbəsi Elşad Əliyev, Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbəsi Aybəniz Məmmədova və başqaları çıxış etdilər.
Tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yekunlaşdırdı və Milli Dirçəliş Günü münasibətilə təbriklərini çatdırdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə