Mobil versiya
Zəfər günündə Şuşadan dünyaya möhtəşəm mesajlar verildi.
Tarix: 16-11-2022 | Saat: 09:51
Bölmə:Ölkə / Özəl | çapa göndər

Zəfər günündə Şuşadan dünyaya  möhtəşəm mesajlar verildi.

Tarixi Zəfərimizin ikinci ilini qeyd etdik. Artıq iki ildir ki, bayramları, həmçinin ərazilərimizin işğaldan azad edildikləri tarixləri sahibinə qovuşmuş torpaqlarımızda qeyd edir, Zəfərimizin yaratdığı reallıqları bir daha bu məkanlardan dünyaya çatdırırıq. 8 Noyabr-Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxış edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Qələbəmizi şərtləndirən amillərdən geniş bəhs edərək Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. “Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi” söyləyən ölkə Prezidenti bildirdi ki, müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdi. Artıq xalqımız müzəffər xalq kimi yaşayır: “Beynəlxalq tədbirlərə qalib ölkə kimi qatılan Azərbaycan işğal dövrü ilə yanaşı, Zəfərimizin reallıqlarından dünyaya bəhs edir, Qarabağın və Şərqi Zəngəzurun quruculuq meydanına çevrildiyini əsaslı şəkildə, iki ildə ölçüyəgəlməz dərəcədə görülən işlərin fonunda  beynəlxalq ictimaiyyətə çatdırır. Bütün bu işləri Azərbaycan öz daxili imkanları hesabına həyata keçirir. Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın timsalında digər işğaldan azad edilən ərazilərimizdə görülən işlərin miqyasının genişliyi barədə aydın təsəvvür yaratmaq mümkündür. Şuşa iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilib. Hazırda paytaxt Bakı ilə yanaşı, Şuşa da beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul edilir.” Zəfər Günü Prezidentin çıxışı öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsinin tam təsdiqidir.
Cənab Prezident Şuşadan istər Ermənistan hakimiyyətinə, istərsə də Ermənistanın havadarlarına, ona havadarlıq edib sülhə mane olmaq istəyənlərə çox vacib mesajlar verdi. Ölkə başçısının da qeyd etdiyi kimi, bu gün Azərbaycan Ordusu 2 il əvvəlkindən də güclü və hazırlıqlıdır. Orduda müharibədən sonra ciddi islahatlar aparıldı. Həmçinin müasir avadanlıqlarla təchizat hər zaman ön planda olub. Azərbaycan dövləti güclü və inamlı addımlarla yüksəlişə doğru irəliləyir. Dövlətimizin başçısı hərbçilər qarşısında çıxış edərək İkinci Qarabağ müharibəsinə kimi Ermənistanın işğalçılıq siyasətini ifşa edilməsindən, beynəlxalq müstəvidə çox fəal işin aparılmasından, həmçinin Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələrdən və Ermənistanın bəzi xarici havadarlarının Azərbaycana qarşı fəaliyyətindən və digər məsələlərdən danışdı, önəmli mesajlar verdi.Müzəffər Ali Baş Komandanın hər bir çıxışı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir. Cənab İlham Əliyev Şuşadan bir daha bu çağırışı etdi ki, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalı və odla oynamağın onlara baha başa gələcəyini bilməlidirlər. Bütün dünya bilməlidir ki, Şuşa qədimdə də Azərbaycan torpağı idi, bundan sonra da Azərbaycan topağı olacaq. Şuşanın düşmən tapdağında olması çox böyük dərd idi. Artıq Şuşa azaddır və biz öz şərəf tariximizi bərpa etmişik. Dövlət başçımızın bayram axşamı xalqımıza müraciəti bir daha onu sübut etdi ki, Azərbaycan xalqı başladığı işi yarımçıq qoymur.


Azərbaycanın regionda və dünyada əsas söz sahiblərindən olduğuna diqqət çəkən dövlətimizin başçısı Azərbaycanın təşəbbüsü ilə icra edilən layihələrin həm özümüzə, həm də tərəfdaşlarımıza böyük həcmdə fayda gətirdiyini vurğuladı. Hazırda nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı artıq onlarladır. Məhz bu layihələr ölkəmizə əlavə maliyyə imkanı yaratdı və bu maliyyə imkanları hərbi potensialın gücləndirilməsinə yönəldildi. Bu gün xaraba qalmış, dağıdılmış bir yurd var, amma bu bizi ruhdan salmır, Qarabağın bərpası ilə bağlı bütün planlar hazırdır, bilirik ki, onların hər biri reallaşacaq. Biz şərəfli tarixmizi bərpa etdiyimiz kimi, yurdumuzu da bərpa edəcəyik. Azərbaycan güclü, ədalətli dövlətdir, öz torpaqları üçün minlərlə şəhid verdi, amma indi həm birinci, həm də İkinci Qarabağ savaşında şəhid olanların ruhları şaddır, çünki onların qanı yerdə qalmadı. Qarabağ Azərbaycandır!”.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024