Mobil versiya
Bakıda kafedə partlayış olub
Tarix: 14-11-2022 | Saat: 15:05
Bölmə:Ölkə | çapa göndər

Bakıda kafedə partlayış olub

Paytaxtda kafedə partlayış olub.

aia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 m² olan kafenin mətbəxində qeydə alınıb.

Belə ki, yanğın nəticəsində mətbəxdə olan 2 ədəd soba, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və bacada yağ qalıqları yanıb. Kafenin qalan hissəsi və hər birinin həcmi 50 litr olan 2 ədəd məişət qaz balonu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayış məişət qaz balonundan sızma nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024