Novruzəli Aslanov: “Ulu Öndərin müəllifi olduğu Konstitusiya xalqın rifahına xidmət edən mükəmməl sənəddir”
Tarix: 11-11-2022 | Saat: 16:39
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur Azərbaycanın ilk Konstitusiyası 1921-ci ildə, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci ildə və son Konstitusiya 1978-ci ildə qəbul olunmuşdu. Təbii ki, bu konstitusiyalar tamamilə SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı və Azərbaycan xalqının milli mənafeylərinə qətiyyən xidmət edə bilməzdi. Bununla belə, 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev hələ o dövrdə ana dilimizə dövlət statusu verilməsi faktının Konstitusiyada təsbit edilməsinə nail olmuşdu. 1978-ci il aprelin 2-də həmin yeni Konstitusiya layihəsinin müzakirəsi ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Bu sənəddə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.
Deputat həmçinin bildirib ki, 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması da birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “1993-cü ildə, öz müstəqilliyini yeni bərpa etmiş Azərbaycanın dərin böhran işərisində olduğu, vətəndaş müharibəsi və ölkənin parçalanması kimi real təhlükələrlə üz-üzə qaldığı çətin məqamda, Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə xalqın təkidli tələbi ilə qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Ulu Öndər xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirməklə özünün tarixi missiyasını yerinə yetirdi və dövlətçiliyik tariximizin şərəfli səhifələrini yazdı. Ümummilli Liderin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində tezliklə ölkəmizdə qanunçuluq və hüquq qaydası bərpa edildi. Bütün bunlar isə Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi üçün lazımi ictimai-siyasi şəraitin yaradılması ilə nəticələndi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də məhz müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması oldu. Həmin dövrdə Ümummilli Lider ölkənin Əsas Qanunu barədə fikirlərini belə ifadə etmişdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” Bundan sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının layihəsi hazırlandı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumun nəticələrinə əsasən dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.”
Daha sonra N.Aslanov sonrakı illərdə Konstitusiyaya olunmuş əlavə və dəyişikliklərin Əsas Qanunun təkmilləşməsinə xidmət etdiyini vurğulayaraq bunları deyib: “Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası həqiqətən də mükəmməl bir sənəddir. Ölkə Prezidenti cənab İlham Əliyev Əsas Qanun barədə belə demişdir: “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.” Bununla belə müasir dünyamız sürətlə dəyişir. Təbii ki, bu dəyişikliklər bizi əhatə edən sosial-siyasi reallıqlarda da öz əksini tapır. Buna görə də yeni reallıqların tələblərinə cavab verə bilmək və əldə olunmuş uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024