Mobil versiya
Məhəmməd Əli son mənzilə yola salınır (FOTO)
Tarix: 09-06-2016 | Saat: 14:30
Bölmə:İdman | çapa göndər




74 yaşında həyatını itirən dünya şöhrətli boksçu Məhəmməd Əlinin iki gün davam edəcək dəfn mərasimi bu gün Luisvill şəhərində qılınacaq cənazə namazı ilə başlayacaq.

Aia.az xəbər verir ki, Məhəmməd Əlinin anadan olduğu Kentukki ştatının Luisvill şəhəri tarixinin ən mühüm mərasimlərindən birinə hazırlaşır. Əfsanəvi idmançının yaşadığı ev və onun adına salınmiş mərkəz pərəstişkarları tərəfindən ziyarət edilir.

Təxminən 600 min nəfər əhalisi olan şəhərdə keçiriləcək mərasimlər bu gün yerli vaxtla saat 12:00-da (Bakı vaxtilə saat 20:00) qılınacaq cənazə namazı ilə başlayacaq. Məhəmməd Əlinin 1960-cı ildə ilk peşəkar döyüşünü keçirdiyi "Freedom Hall”da qılınacaq namaza 15 minə yaxın insanın qatılacağı gözlənilir.

Dəfn mərasimində bir sıra görkəmli insanların, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, ABŞ-ın sabiq prezidenti Bill Klintonun və başqalarının iştirak edəcəyi bildirilir.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə