Gəncə Tibb Kolleci “8 noyabr – Zəfər günü”nü qeyd etdi -Fotolar
Tarix: 07-11-2022 | Saat: 12:34
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər
“8 noyabr – Zəfər günü mənim üçün bayramlar arasında ən əzizidir. Yeganə bayramdır ki, onun elan olunmasının bütün xalqımız sevinc göz yaşları ilə qarşılayıb. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun sona qədər qəhrəmancasına mübarizə apararaq torpaqlarımızı erməni tapdağından azad etməsi böyük tarixi hadisədir. Xalqımızın Vətən uğrunda Şəhidliyi seçən oğullarımızın xatirəsi daim qəlbimizdədir. Nəhayət ki, 30 il sonra ölkə başçımızın apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan haqq savaşında qalib gəldi, zəfər çaldı. Səngərlərdə, döyüş meydanlarında mərd, igid oğullarımız göz qırpmadan, çəkinmədən Vətənin müdafiəsi və torpaqların ermənilərdən təmizlənməsi üçün Ali baş komandanın savaş çağırışına qoşuldular. Ordumuz döyüş meydanlarındaə, xalqımız isəburada, arxa cəbhədə gecə gündüz qələbəmizin qazanılması üçün var gücümüzlə çalışdıq. Bu tarixi qələbədir, Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış bir tarix”. Bu fikirləri Zəfər gününə həsr olunmuş tədbirdə Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev söyləyib. Direktor iki il bundan qabaq xalqımızın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək torpaqların azad olunması uğrunda qalxdıqları haqq savaşından, müharibənin ən ağır günlərində ordu-xalq vəhdətindən, həmin şərəfi günlərdə istər hərbiçilərimizin, istərsə də arxa cəbhədə qorxmadan, çəkinmədən gecə gündüz çalışan insanların mərdliyindən, rəşadətindən danışdı.
Mehman Rzayev qeyd etdi ki, kollecin pedaqoji şurasının seçimi ilə əmək fəaliyyətində fərqlənən bir qrup müəllim 8 noyabr Zəfər günü münasibətilə mükafatlandırılır.
Sonra digər çıxış edənlər 44 günlük Vətən müharibəsində müasir silahlarla və hərbi texnika ilə təchiz edilən Azərbaycan ordusunun rəşadətindən danışdılar. Qeyd olundu ki, Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz günü gündən inkişaf edir, yerli hərbi mütəxəssislər yetişdirilır, müasir müharibə metodlarını mənimsəyən hərbiçilərimizin bilik və bacarıqları, əsgər və zabitlərimizin mərdliyi və torpaqlarımızı azad etmək istəyi nəticəsində, bütün xalqımızın “DƏMİR YUMRUQ” ətrafına birləşməsi nəticəsində zəfərdən qazanılıb.
Çıxışlardan sonra Gəncə Tibb Kollecinin müəllim və tələbələrinin hazırladığı “Tarix yazan sərkərdə” adlı film nümayiş olundu. Filmdə Ali baş komandanın rəhbərliyi altında qazanılar zəfər tarixi barədə faktlar, rəqəmlər, real görüntülər yer alıb.
Fimdən sonra kollecin yetirmələri “Azərbaycanım” və “Çırpınırdı Qara dəniz” mahnılarını ifa etdilər. Tədbirdə tələbələrin ifasında səsləndirilən şerlər alqışlarla qarşılandı.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər