Mobil versiya
Bakı Sağlamlıq Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib -Fotolar
Tarix: 05-11-2022 | Saat: 10:16
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər

Bakı Sağlamlıq Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Klinikamızda müalicə alan şəhid anası Fədayə Kazımova və igid qazimiz Yusif Ağaməmmədovun müalicə aldığı şöbədə kollektiv tədbiri keçirilmişdir. Tədbirdə həmçinin Mərkəzimizdə çalışan şəhid olmuş zabitimiz Rovşən Nurzadənin həyat yoldaşı və Vətən müharibəsi iştirakçıları olan
Kilinikanın əməkdaşlarıda iştirak ediblər

aia.az xəbər verir ki, giriş nitqi ilə çıxış edən Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının dəmir yumruğu ətrafında birləşən rəşadətli ordumuzun mənfur düşmən üzərində şanlı qələbə çalmasından, bu haqq savaşında canlarını fəda edən şəhidlərimiz və qəhrəman qazilərimizin Azərbaycan ordusunun gücünü və qüdrətini dünyaya nümayiş etdirməsindən danışdı

Tədbirin sonunda Asiman Həsənov Vətən Müharibəsi iştirakçılarına Azərbaycan Dövlətinin gücünü simvolizə edən “dəmir yumruq” suvenirini hədiyyə etdi

Tədbirdən görüntüləri Sizlərə təqdim edirik.

"Zəfərin mübarək , Azərbaycan!"

Elburus Bağırov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə