Mobil versiya
Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri regional inkişafı stimullaşdıran vacib amillərdən biridir
Tarix: 30-10-2022 | Saat: 15:46
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri regional inkişafı stimullaşdıran vacib amillərdən biridir

Azərbaycan-Gürcüstan əlaqələrinin yüksəln xətt üzrə inkişafı bütün Cənubi Qafqaz regionunun tərəqisini şərtləndirən vacib amillərdən biridir. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabr ayının 24-də Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə xidmət etməklə regional əhəmiyyət kəsb edən bir hadisədir. Səfər çərçivəsində mətbuata bəyanatla etdiyi çıxışında möhtərəm dövlət başçımız bir daha vurğuladı ki, bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər ölkələrimiz arasında aparılan birgə müzakirələrin mərkəzindədir.
Nəzərə almaq lazımdır ki, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq əlaqələri artıq neçə müddətdir ki, müttəfiqlik səviyyəsinə qalxıb. İki dost ölkə arasında bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan ilə Gürcastan həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir birini dəstəkləyirlər. Ölkələrimiz arasında mövcud əməkdaşlıq çərçrvəsində icra olunan birgə layihələr eyni zamanda həm bölgə üçün, həm də bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz tarixi layihələrdir. Həyata keçirilən layihələr bundan sonra da irəliyə aparılacaq və ölkələrimiz onları daha da sürətləndirmək əzmini hər zaman nümayiş etdirirlər. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr isə ölkələrimiz arasındakı əməkdaşlığı daha da gücləndirir və dərinləşdirir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub ki, bu da qarşılıqlı faydalı sərmayədir və birmənalı olaraq hər iki tərəfin maraqlarına cavab verir. Bu gün ölkələrimiz arasındakı əməkdaşlığın ən vacib strateji istiqamətlərindən biri əlbəttə ki, enerji sahəsindəki əməkdaşlıqdır. Məlumdur ki, bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumun müddəalarına əsasən növbəti 5 ildə Azərbaycanın Avropaya qaz ixracını iki dəfə artıracağı nəzərdə tutulur. Eyni zamanda da gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq.
Xüsusi olaraq belə bir məqamı da qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin bu yaxınlarda Praqada irəli sürdüyü Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə təşəbbüs bütün region üçün həyati əhəmiyyət kəsb edir. Təbii ki, bunun üçün ilk növbədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Azərbaycan xoş məramını nümayiş etdirərək artıq neçə müddətdir ki, beş əsas prinsipdən ibarət təkliflərini Ermənistan tərəfinə təqdim edib. Əlbəttə ki, bu prinsiplər mütləq qəbul olunmalıdır ki, Cənubi Qafqaza sülh və sabitlik bərqərar olsun. Bundan sonra regionda əməkdaşlıq üçün yeni əlverişli imkanlar yaranacaqdır. Dövlət başçımızın dediyi kimi, əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz də buna hazırdır. Cənubi Qafqaz dünyanın ən inkişaf etmiş regionuna çevrilə bilər və Azərbaycan bu məqsədə nail olmaq üçün bütün lazım olan addımları atacaq.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024