Mobil versiya
Jurnalistlər İnam Kərimova müraciət etdilər
Tarix: 10-03-2025 | Saat: 16:43
Bölmə:Gündəm | çapa göndər

Jurnalistlər İnam Kərimova müraciət etdilər

Media nümayəndələri “Elektron məhkəmə” sistemində tətbiq edilən məhdudiyyətlə bağlı Məhkəmə Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ediblər.

aia.az xəbər verir ki, məhkəmələrin fəaliyyətini işıqlandıran jurnalistlər məhdudiyyətin tətbiqini sistemdən istifadədə çətinlik yaratdığını vurğulayaraq, bunu şəffaflığın pozulması kimi qeyd ediblər.

Bildirilib ki, məlumatların qapalı olmasına görə, məhkəmə işlərinin araşdırılması, ictimaiyyətə məlumat çatdırılması istiqamətində ciddi maneə yaranıb.

Müraciətdə o da vurğulanıb ki, “e-məhkəmə” sistemi məhkəmə proseslərinin şəffaf və əlçatan olması üçün yaradılıb, lakin qoyulan məhdudiyyət ictimai maraq kəsb edən işlərə dair məlumatların əldə edilməsinə əngəldir.

Jurnalistlər İnam Kərimovun problemin həllində yardımçı olacağına ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, “Elektron məhkəmə” informasiya sistemi ilə bağlı yeni məhdudiyyətlər tətbiq edilib. Xeyli müddətdir ki, sistemdə məhkəmə işləri üzrə tərəflərin adları əks olunmur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025