Mobil versiya
Azərbaycan Qızıl Aypara Cəmiyyəti 105 illiyini qeyd etdi -Fotolar
Tarix: 10-03-2025 | Saat: 14:35
Bölmə:Manşet / Özəl | çapa göndər

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 105 illiyini qeyd etdi

Martın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) 105 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanovun rəhbərliyi ilə cəmiyyətin bütün idarə heyəti və kollektivi bu gün səhər saatlarında Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmişlər. Ulu Öndərin məzarı üzərinə güllər qoyulmuş, ruhuna dualar oxunmuşdur.

İnsanlara kömək etmək işinə böyük töhfələr verən AzQAC bu gün Azərbaycanın humanitar diplomatiyasında kifayət qədər ciddi bir amilə çevrilib. Qeyd edək ki, ölkəmizdə böyük uğurla fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti Cümhuriyyət dövründə, 1920-ci il mart ayının 10-da təsis edilmişdir. Buna görə də Milli Cəmiyyət Azərbaycan Cümhuriyyətinin varislərindən sayılır.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyev tərəfindən bu təşkilatın fəaliyyətinin yüksək qiymətləndirilməsi, Milli Cəmiyyətin üzvlərinin müxtəlif vaxtlarda dövlət mükafatları ilə təltif olunmaları da AzQAC-ın fəaliyyətinin yüksək səmərəliliyindən xəbər verən amillərdir. Ölkə Prezidenti cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Qızıl Aypara Günü kimi qeyd edilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025