Mobil versiya
Şenol Günəş "Trabzonspor"dan qovuldu
Tarix: 10-03-2025 | Saat: 16:03
Bölmə:İdman | çapa göndər

Şenol Günəş "Trabzonspor"dan qovuldu

Türkiyənin "Trabzonspor" komandasının baş məşqçisi Şenol Günəş istefaya göndərilib.

aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son vaxtlar qeydə alınan uğursuz nəticələr səbəbindən 73 yaşlı mütəxəssislə yollar ayrılıb. Təcrübəli çalışdırıcı bugünkü məşqdə komandanın sükanı arxasında olmayacaq. Ona klubun idman direktoru vəzifəsində çalışmaq təklif edilib.

Qeyd edək ki, Şenol Günəş ötən ilin sentyabr ayında "Trabzonspor"a baş məşqçi təyin olunmuşdu. Qara dəniz təmsilçisi Türkiyə Superliqasında 25 oyundan sonra 32 xalla 10-cu pillədə qərarlaşıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025