Mobil versiya
Nurdan ev dustaqlığına buraxıldı
Tarix: 10-03-2025 | Saat: 17:28
Bölmə:Aia TV / Şou-biznes | çapa göndər

Nurdan ev dustaqlığına buraxıldı

Narkotiklə əlaqəli cinayət ittihamı ilə həbs edilən tiktoker Nurdan Yusifova ev dustaqlığına buraxılıb.

aia.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

Nurdanının vəkili əvvəlcə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Amma vəsatət təmin edilməyib.

Cavid Hüseynin sədrlik etdiyi yuxarı instansiya məhkəməsi bu gün həmin qərarı ləğv edib.

Nurdan barəsində 2 ay əvvəl seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Xanım tiktoker məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Nurdan polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı tədbirlər görməyə başladıqdan sonra həbs edilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025