Mobil versiya
Son sutkada Azərbaycanda 5 nəfər koronavirusa yoluxub
Tarix: 24-10-2022 | Saat: 17:39
Bölmə:Qərbi Azərbaycan / Karusel | çapa göndər

Son sutkada Azərbaycanda 5 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 5 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 677 nəfər müalicə olunaraq sağalıb, hazırda 345 aktiv xəstə var. Bu günə qədər 9 937 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 345, bu günə qədər isə ümumilikdə 7 307 057 test icra olunub.

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 vaksin vurulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024