Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Bakı Beynəlxalq Ginekoloji Konfransı” təşkil olunub - FOTOLAR
Tarix: 21-10-2022 | Saat: 15:00
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
20 - 22 oktyabr 2022-ci ildə, İ.M.Seçenov Adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Bakı Beynəlxalq Ginekoloji Konfransı” təşkil olunmuşdur.
aia.az xəbər verir ki, açılışı giriş nitqi ilə Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov etmişdir. Professor mama-ginekoloq İslam Mahalovun rəhbərlik etdiyi konfransın ilk günündə moderator qismində prof. dr. Sudeif İmamverdiyev, prof. dr. Hicran Bağırova, prof. dr. Elmira Əliyeva, prof. dr. Cəmilə Qurbanova, prof. dr. Leyla Rzaquliyeva, PhD. dr. Turab Canbaxışov, TEN. dr. Emil Muxtarov, T.e.d. dr. Şeymən Qədimova, Ted. dr. Mina Qaraşova, Dr. Kadyrzham Ussenov, PhD. dr. Jakhongir Gafurov, Dr. Alexandr Chupin, Dr. Alik Qurbanov, prof. dr. Diaa Rizk, Dr. Fidan Israfilbəyli, prof. dr. Andreas Ebert, Dr. Taner Usta, Dr. Ahmet Namazov, Dr. Elvin Piriyev, prof. dr. Ahmet Kale, Dr. Tibet Erdoğru, Dr. Adnan Şimşir, Dr. Gulchikhra Shaumarova, T.e.n. Dr. Şəmistan Alıyev, Dr. Nigar Əlizadə, Dos. dr. Murat Seval çıxışçı qismində müxtəlif mövzulardan çıxışlar etmişlər. Davam etməkdə olan bu tədbirdə ölkəmizdə fəaliyyət göstərən həkimlərlə yanaşı, bir sıra ölkələrin mürəxəssis ginekoloq və uroloqları da iştirak edirlər. Konfransın birinci günü “Minimal invaziv ginekologiyanın aktual məsələləri”, “Dərin İnfiltrasiya edən endometrioz”, “Müasir endovizual ginekologiya, urologiya” və onun daxilində digər mövzulardan çıxışlar yer almışdır.
Canlı gedən əməliyyat görüntüləri birbaşa konfrans zalına ötürülmüş və interaktiv şəkildə sual - cavab təşkil olunmuşdur. Konfrans böyük marağa səbəb olmuşdur. 22 oktyabr tarixində Laparoskopiya və Histeroskopiya kursları təşkil olunacaq.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ