Mobil versiya
Şəkidə toyda kütləvi zəhərlənmə - YENİLƏNİB
Tarix: 21-10-2022 | Saat: 12:40
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Şəkidə toyda kütləvi zəhərlənmə -

TƏBİB Şəkidə baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

TƏBİB-dən aia.az-a daxil olan məlumatda bildirilib ki, 20.10.2022-ci il tarixində saat 21:30 radələrində 7 nəfər “Mədə bağırsaq pozğunluğuna şübhə” diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib: "Vətəndaşlara ilkin zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar".

***10:02

Şəki şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.

aia.az-ın məlumatına görə, rayonun Şin kəndində keçirilən toyda qidadan zəhərlənmə şübhəsi ilə 7 nəfər Şəki Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib.

Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı şadlıq sarayına baxış keçirilib, istifadə olunan qidalardan nümunələr götürülərək ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024