Mobil versiya
İşğaldan azad olunan ərazilərimiz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında çox yüksək səviyyədə və uğurla bərpa olunacaq.
Tarix: 10-10-2022 | Saat: 09:14
Bölmə:Ölkə | çapa göndər

İşğaldan azad olunan ərazilərimiz Müzəffər Ali Baş Komandanın  rəhbərliyi altında çox yüksək səviyyədə və uğurla bərpa olunacaq.

5 oktyabr 2022-ci il tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi baş tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak etmişdir. Foruma 40-dan yuxarı ölkə, 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox insan qatılmışdır.
Cənab Prezident İlham Əliyev 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı qeyd edərək bildirib ki, təxminən 30 il boyunca Ağdamın bütün binalarının daşları tək-tək dağıdılıb, sökülüb, oğurlanıb və satılıb: “Siz görə bilərsiniz ki, yeganə yarım dağıdılmış bina Cümə məscidinin binasıdır. Amma onun ermənilərin keçmiş işğal altındakı ərazilərdə dağıtdığı digər məscidlər kimi dağıdılmamasının səbəbi minarələrindən Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün müşahidə məqsədilə istifadə edilməsi olub. Amma bizim ermənilərin inək və donuz saxladığı Ağdam məscidinin murdarlanmasına dair video və foto dəlillərimiz var. Azad edilmiş ərazilərdə mövcud olan 67 məsciddən 65-i tamamilə dağıdılıb”. Keçirilən Forumda çıxışlardan və aparılan müzakirələrdən məlum olur ki, Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq.

Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində əhəmiyyətli layihədir. İşğaldan azad olunan ərazilərdə dayanıqlı İnkişaf məqsədləri günümüzün əsas mövzularındandır və bu mövzular da Forumun gündəliyinin əsasını təşkil edir.Azərbaycanda ilk dəfə təşkil edilən Milli Şəhərsalma Forumu yuxarıda qeyd edildiyi kimi həqiqətən də çox mühüm əhəmiyyətə malikdir. Erməni vandallarının dağıtdığı şəhər və kəndlərimizin yenidən qurulması, vətəndaşlarımızın doğma yurdlarına qayıtması üçün geniş imkanlar yardacaq bu Forumun işi gələcəkdə necə əhəmiyyətli olduğunu təsdiq edəcəkdir. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbə uzun illər ərazində aparılan ardıcıl, məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Müxtəlif siyasi dairələrin, ayrı-ayrı dövlətlərin Ermənistana davamlı olaraq dəstək verməsi münaqişənin sülh yolu ilə həlli imkanlarının tükənməsinə xidmət etdi. Lakin məhz cənab Prezident İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi, strateji baxışı 30 il işğal altında qalan torpaqlarımızın azad olunmasına imkan yaratdı. Azərbaycan dövləti 30 il ərzində beynəlxalq platformalarda kifayət qədər effektiv iş apararaq Ermənistanın işğalçı dövlət olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmağa müvəffəq oldu.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin iqtisadi imkanları çox yüksək səviyyədə və uğurla genişləndirildi, müasir ordu quruldu, qlobal güclərin iştirakı ilə irimiqyaslı iqtisadi layihələr həyata keçirildi. Azərbaycan özünü dünyaya etibarlı tərəfdaş, məsuliyyətli dövlət kimi təqdim edə bildi. Bütün bunlar əlbəttə ki, Qələbənin əldə olunmasında mühüm rol oynayıb. işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini uğurla başa çatdırmaq indi Azərbaycanın əsas hədəfidir. Ölkəmizin bu prosesi müvəffəqiyyətlə həyata keçirmək üçün bütün imkanları var. İşğaldan azad olunmuş ərazilər bərpa olunduqdan və keçmiş məcburi köçkünlər öz evlərinə qayıtdıqdan sonra Azərbaycan üçün yeni iqtisadi imkanlar açılacaq.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024