Mobil versiya
YAP Göygöl rayon təşkilatı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib -Fotolar
Tarix: 08-10-2022 | Saat: 15:33
Bölmə:Ölkə | çapa göndər

YAP Göygöl rayon təşkilatı üzrə yeni  ərazi partiya təşkilatı təsis edilib

AİA.Az xəbər verir ki, 08 Oktyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının Göygöl şəhəri, Aydın Hacıyev-92 ünvanında fəaliyyət göstərən “ÜMİD” MMC -Tibb Mərkəzi üzrə Ərazi partiya təşkilatı təsis edilib.

Bu münasibətlə keçirilmiş təsis iclasında ilk öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yığıncaqdakı nitqində Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, inkişafı dövründən və bu günki qüdrətindən danışaraq, dövlətçiliyimizin inkişafında və xalqımızın firavan həyatının təmin olunmasındakı əhəmiyyətli rolundan bəhs etmişdir.

Vüqar İsayev vurğulayıb ki, yarandığı dövrdən keçən qısa müddət ərzində YAP monolit olmaqla öz sıralarını sağlam əqidəli üzvlərlə genişləndirmiş, ümumxalq partiyasına, uğur və zəfər partiyasına çevrilmişdir. Məhz 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin əldə olunmasında da Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev başda olmaqla, bütün YAP üzvlərinin çox böyük rolu və əməyi olmuşdur. Qəhrəman hərbiçilərimizlə birlikdə, YAP üzvləri də döyüşlərdə iştirak edərək canları və qanları bahasına torpaqlarımızı mənfur düşməndən azad etmiş, əksər üzvlər isə arxa cəbhədə maddi və mənəvi dəstək göstərmişlər.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yeni reallıqlara uyğun olaraq qarşıda dayanan vəzifələrin icrası istiqamətində Göygöl rayon təşkilatının xüsusi fəallıq nümayiş etdirdiyini bildirib. Yığıncaqda, Azərbaycan Respublikasının dayanıqlı inkişafı, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da böyük uğurlara imza atacağı digər natiqlərin çıxış və nitqlərində aktuallığı ilə səslənib.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb; Rəsulov Sahib Kamil oğlu yeni təsis olunmuş “ÜMİD” MMC -Tibb Mərkəzi Ərazi partiya təşkilatının sədri, Əkbərova Səfa Polad qızı sədr müavini seçilib. YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev hər iki şəxsi təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb.

Ərazi Partiya təşkilatına seçilmiş sədr və sədr müavini onlara göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildirərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.

Sonda bir qrup şəxsin partiyaya üzv olmaq üçün etdikləri müraciətlərə baxılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024