Azərbaycan-Bolqarıstan əməkdaşlıq münasibətləri yeni mərhələyə keçid alır
Tarix: 05-10-2022 | Saat: 17:50
Bölmə:Ölkə | çapa göndər
Bu gün Azərbaycanla ilə Bolqarıstan arasında münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə hazırda iki ölkənin dost və strateji tərəfdaş ölkələr kimi çıxış etmələrinə əsaslı zəmin yaratmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sentyabr ayının 30-da Bolqarıstana etdiyi səfər isə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yeni, daha yüksək mərhələyə keçidini təmin edəcək.
Məlumdur ki, bu gün dünyada və ilk növbədə Avropada formalaşan yeni geosiyasi vəziyyət nəqliyyat təhlükəsizliyini də önəmli məsələlərdən biri kimi diqqət mərkəzinə çəkib. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır. Bura dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı daxildir. Bütün bu infrastruktur obyektləri Azərbaycan üzərindən tranzit yüklərin həcminin artması məqsədini güdür. Bu il bu yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə isə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.
Dövlətimizin başçısı Bolqarıstanda mətbuata bəyanatla etdiyi çıxışında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun tarixi əhəmiyyət kəsb edən layihə olduğunu vurğulayaraq Bolqarıstan Prezidentini bu münasibətlə təbrik etmişdir. Məlumdur ki, məhz bu İnterkonnektor vasitəsilə Bolqarıstan artıq Azərbaycan qazını alacaq. Eyni zamanda da Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır. Daha bir vacib məsələ də budur ki, artıq Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya əlavə qaz həcmini almaq və nəql etmək istədiklərini bəyan etmişlər. Bu ilin iyul ayında cənab Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaq və buna imkan var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox Avropa ölkələrini təbii qazla təmin etsin. Bu infrastruktur vasitəsilə qaz daha tez və etibarlı şəkildə Mərkəzi, Qərbi və Cənubi Avropaya çatdırıla bilər.
Öz çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev SOCAR-ın Bolqarıstanda ofisinin açılması məsələsinin də müzakirə olunduğunu qeyd etdi. Təbii ki, bu, ölkələrimiz arasında münasibətlərin inkişafında yeni dinamika olcaq. Dövlətimizin başçısı bildirdi ki, enerji sahəsində əməkdaşlıq təkcə təbii qazın ixracı ilə məhdudlaşmamalıdır. Buna görə də enerji ilə bağlı olan digər məsələlər də müzakirə mövzusu olub. Bu məsələlərdən elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı xüsusi maraq kəsb edir.
Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına
tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025