Mobil versiya
Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir - FOTOLAR
Tarix: 05-10-2022 | Saat: 16:14
Bölmə:Ölkə | çapa göndər

Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir

AİA.Az xəbər verir ki, bu gün, 05 oktyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə bağlı Aşağı Daşkəsən kənd, Daşkəsən qəsəbə ümumi orta məktəbi, Daşkəsən Peşə məktəbi və Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialının Daşkəsən rayon qəbul şöbəsi ərazi partiya təşkilatında yığıncaqlar keçirildi.

Yığıncaqlarda iştirak edənlər əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Daha sonra 05 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün Azərbaycan müəllimləri təbrik olundu.

Yığıncaqlarda iştirak edən YAP rayon təşkilatının sədr müavini Elşən Alıyev, aparatın məsul işçisi Sərdar Xıdırov və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin mülahizələrinin problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilməsindən, 21 noyabr 1992-ci ildə soyuq bir gündə Naxçıvan şəhərində zəif işıqlandırılan zalda yaradılan Yeni Azərbaycan Partiyasının inkişaf edərək bu günkü səviyyəyə çatmasından, 04 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdamda düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizin təməlqoymasından söhbət açdılar.

Yığıncaqlarda onlarla gənc partiya sıralarına qəbul olunmaq və bir qrup gənc isə partiya qeydiyyatının YAP Daşkəsən rayon təşkilatına dəyişdirilməsi üçün ərizə ilə müraciət etdilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025