Mobil versiya
YAP Daşkəsən rayon təşkilatı Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbirləri davam etdirir - FOTOLAR
Tarix: 04-10-2022 | Saat: 17:20
Bölmə:Ölkə | çapa göndər

YAP Daşkəsən rayon təşkilatı Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbirləri davam etdirir

Bu gün, 04 oktyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə bağlı Qaz İstismar Sahəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası, Mikayıl Mustafayev adına, Bayan kənd ümumi orta məktəbi və Bayan kənd ərazi partiya təşkilatlarında yığıncaqlar keçirildi.

Yığıncaqlarda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

2020-ci ilin bu günü,yəni,04 oktyabrda qəhrəman Azərbaycan əsgərinin göstərdiyi böyük şücaət və qəhrəmanlıq nəticəsində Cəbrayıl şəhərinin işğaldan azad olunması,düşmən üzərində qazanılan qətiyyətli qələbədən sonra şəhər və kəndlərimizin sürətlə bərpa edilməsi,son günlər düşmən ölkənin rəhbərləri ilə aparılan danışıqlar müzakirə mövzusu oldu.

Yığıncaqlarda çıxış edənlər müasir Azərbaycanımızın Ümummilli Lider Heydər Əliyevin şah əsəri olmasından, Yeni Azərbaycan Partiyasının böyük və şərəfli bir yol keçməsindən söhbət açdılar.

Yığıncaqlarda onlarla gənc partiya sıralarına qəbul olunmaq və bir qrup gənc isə partiya qeydiyyatının YAP Daşkəsən rayon təşkilatına dəyişdirilməsi üçün ərizə ilə müraciət etdilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024