Mobil versiya
Prokurorluq arvadını bıçaqlayan şəxslə bağlı məlumat yaydı
Tarix: 04-10-2022 | Saat: 10:09
Bölmə:Ölkə / Karusel | çapa göndər

Prokurorluq arvadını bıçaqlayan şəxslə bağlı məlumat yaydı

Kürdəmir rayonunda arvadını bıçaqlayan şəxslə bağlı cinayət işi başlanılıb.

Bu barədə aia.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 03-ü saat 11 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində 1989-cu il təvəllüdlü Durbəs Bəkirovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Rəcəb Bəkirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Durbəs Bəkirovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Rəcəb Bəkirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024