Mobil versiya
İham Əliyev: “Bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır
Tarix: 04-10-2022 | Saat: 10:01
Bölmə:Ölkə | çapa göndər

İham Əliyev: “Bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazandığı şanlı Qələbəmizin sevincini yaşayırıq. Qırx dörd günlük Vətən müharibəsində təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə və erməni faşizminə son qoyuldu, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan tarixi Zəfəri ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edərək beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi. Bu gün 30 ilə yaxın müddətdə yağı tapdağında olan Qarabağda indi üçrəngli Azərbaycan bayrağı dalğalanır. Mənfur düşmən üzərində qazandığımız qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik qabiliyyətinin, Azərbaycan Ordusunun gücünün, xalqımızın birlik və həmrəyliyinin, cəmiyyətimizin monolitliyinin parlaq təzahürüdür.
44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın qazandığı şanlı qələbə düşmən üçün tarixi dərs oldu. Bu tarixi dərs 30 il ərzində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq, talançılıq üçün böyük bir cavab zərbəsi oldu. Azərbayacan öz qətiyyətli Ali Baş Komandanı, güclü ordusu, yenilməz xalqı sayəsində torpaqlarını düşmənlərdən təmizlədi. Artıq bu torpaqlarda çiçəklər açır. Artıq bu torpaqlar öz sahibindədir. Artıq bundan sonra bu torpaqlar yenidən inkişaf edəcək, yenidən buralarda Azərbaycan xalqı yaşayıb-yaradacaq. Prezdentin dediyi kimi, artıq işğaldan azad edilmiş torpaqlarımıza böyük qayıdışın vaxtıdır. Qarşıda duran ən önəmli vəzifələr Qarabağın bərpası, işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış” prosesinin həyata keçirilməsidir. Bu prosesin artıq xeyli hissəsi qısa zamanda həyata keçirilib. İlk olaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrində xeyli ərazinin minalardan təmizlənməsi işləri görüldü. Əhmədbəyli-Füzuli-Şuşa “Zəfər yolu”nun inşası, Kəlbəcər və digər rayonlarda elektrik xətlərinin çəkilməsi, işğaldan azad edilmiş ərazilərdə 7 ay ərzində tikilmiş birinci hava limanı olan Füzuli beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi, Zəngilanın Ağalı kəndində ilk “Ağıllı kənd” layihəsi çərçivəsində aparılan işlər "Böyük Qayıdış” prosesi çərçivəsində görülən işlərin bir hissəsidir.
Prezident İlham Əliyev tez-tez azad olunmuş ərazilərə səfər edərək Azərbaycan xalqının Qarabağa böyük qayıdışını qısa zamanda təmin edilməsi üçün görülən işləri diqqətdə saxlayır. Prezident öz çıxışı zamanı “Böyük Qayıdış”ın aprel döyüşlərindən sonra Cəbrayıldan başladığını qeyd edib: “Bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Cəbrayılın azad olunması artıq beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbəmiz idi”.
Bəli, 6 il öncə Cəbrayılda əsası qoyulan "Böyük Qayıdış”ın 44 günlük Vətən Müharibəsi ilə qalan hissələri də tamamlandı. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır.

Abdulla Əliyev,
Sarvan kənd tam orta məktəbin hərbi rəhbəri,
Vətən müharibəsi iştirakçısı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024