Mobil versiya
Cənab Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərə olan hər bir səfərini xalqımız böyük sevinc və fərəh hissi ilə qarşılayır.
Tarix: 30-09-2022 | Saat: 17:56
Bölmə:Ölkə | çapa göndər

Cənab Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərə olan hər bir səfərini xalqımız böyük sevinc və fərəh hissi ilə qarşılayır.

Cənab Prezident İlham Əliyev demək olar ki, hər ay işğaldan azad olunmuş ərazilərə səfər edir, orada müxtəlif obyektlərin, inzibati binaların, elektrik stansiyalarının, yolların təməlini qoyur və ya açılışını edir. Cənab Prezident Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr - Anım Gününə həsr olunmuş xatirə lövhəsinin açılışında Azərbaycanın Vətən Müharibəsindəki qələbəsindən, tarixi qələbəmizdə şəhidlərin rolundan, Qarabağda aparılan sürətli bərpa və quruculuq işlərindən danışıb. Ölkə başçısı Qaraxanbəyli kəndində çıxışı zamanı Qarabağdakı quruculuq işlərinə toxunaraq, görülən işləri belə xarakterizə etmişdir: "44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq".

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev azad olunan ərazilərdə həyata keçirilən quruculuq işləri ilə dünyaya mesaj verir ki, Qarabağ Azərbaycan torpağıdır və biz oranı cənnətə çevirəcəyik. İndi dünya görür ki, torpağın həqiqi sahibi kimlərdir. Ümumilikdə müharibənin dünya ölkələrinə fəlakətlər, iqtisadi tənəzzüllər və səfalət gətirdiyi ötən yüzilliklərin acı təcrübəsindən məlumdur. Azərbaycan xalqı da müstəqillik əldə etdikdən sonra iki amansız müharibədən keçib. Birinci Qarabağ Müharibəsi Azərbaycan xalqı və dövlətçiliyi üçün böyük fəlakətlər gətirdi. Torpaqlarımız işğal altına düşməklə yanaşı, ölkənin iqtisadi vəziyyəti daha da ağırlaşdı və siyasi böhran dərinləşdi. İkinci Qarabağ Müharibəsindən sonra isə Azərbaycanda tam fərqli mənzərə hökm sürür. Ölkəmizdə həm siyasi, həm hərbi, həm də iqtisadi stabillik təmin olunur. Müşahidələr göstərir ki, müharibə Azərbaycanın iqtisadi vəziyyətinə ciddi təsir göstərməyib.

Əlbəttə ki, bunun əsas səbəbi cənab Prezident İlham Əliyevin həyata keçirdiyi dəqiq iqtisadi strategiyadır. Azərbaycanın iqtisadi və siyasi təlatümlərə cavab verən iqtisadiyyatı, maliyyə sistemi Qarabağın minalardan təmizlənməsi və bərpası üçün lazım olan vəsaitin tez bir zamanda əldə olunmasına da imkan verir. Eyni zamanda, Prezident İlham Əliyevin xüsusi səyləri ilə işğaldan azad olunmuş ərazilərimizin bərpasına xarici sərmayələrin qoyulmasına imkan yaradılıb. Bu isə yeni maliyyə mənbələri deməkdir. Bütün bu işlər isə heç şübhəsiz ki, Prezident İlham Əliyevin tətbiq etdiyi dayanıqlı iqtisadi modelə söykənir.

Vətən Müharibəsi zamanı ilk şəhidləri verdiyimiz yerdə xatirə abidəsinin ucaldılması xüsusilə anlamlıdır və Qarabağ uğrunda canını qurban verən Azərbaycan oğullarına Prezident İlham Əliyevin və xalqımızın böyük ehtiramının göstəricisidir. Ölkə başçısı cənab İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr - Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı şəhidləri yad edib və bildirib ki, Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilib. Bu gün fəxrlə və qürur hissi ilə qeyd edirəm ki, mən qalib Azərbaycanın vətəndaşıyam, ölkəmin ordusu qalib ordudur, biz gənclərin Lideri olan dövlət başçımız dünyada qalib Prezident kimi tanınır və qəbul edilir.
Yaşasın Müzəffər Ali Baş Komandan!
Azərbaycan xalqına eşq olsun!

Kənan İslamov,
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024