Mobil versiya
Azərbaycanda 15-19 yaşda qadınların dünyaya gətirdiyi uşaqların sayı BİLİNDİ
Tarix: 28-09-2022 | Saat: 13:55
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda 15-19 yaşda qadınların dünyaya gətirdiyi uşaqların sayı

15-29 yaşda olan gәnc qadınlar tәrәfindәn diri doğulan uşaqların sayı açıqlanıb.

aia.az xəbər verir ki, bu barədə “Azərbaycan gəncləri” statistik məcmuəsində qeyd edilib.

Belə ki, ötən il 15-29 yaşda olan qadınlar tәrәfindәn diri doğulan uşaqların sayı 81 623 olub. 15-19 yaşda qadınların dünyaya gətirdiyi uşaqların sayı 9 476, 20-24 yaşda 35 436, 25-29 yaşda 36 711 olub.

15-19 yaşda qadınlar tərəfindən doğulan uşaqların 7 504-ü birinci, 1886-sı ikinci, 80-i üçüncü, 5-i dördüncü, 1-i beşinci uşaqdır.

Qeyd edək ki, 2020-ci ildə 15-29 yaşda olan qadınlar tәrәfindәn diri doğulanların sayı 96 520 olub. 15-19 yaşda qadınların dünyaya gətirdiyi uşaqların sayı 12 209, 20-24 yaşda 43 625, 25-29 yaşda isə 40 686 olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024