Mobil versiya
Bakıda 38 yaşlı kişi QƏTLƏ YETİRİLDİ
Tarix: 28-09-2022 | Saat: 09:34
Bölmə:Ölkə | çapa göndər

Bakıda 38 yaşlı kişi


Sentyabrın 27-si saat 04 radələrində Bakı şəhərinin Suraxanı rayonu ərazisində 1984-cü il təvəllüdlü Əfqan Qədəşov öldürülüb.

Bu barədə aia.az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Səbuhi Zülalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Əfqan Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Səbuhi Zülalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024