Mobil versiya
“27 sentyabr-Anım Günü” Göygöl rayonunda silsilə tədbirlərlə geniş şəkildə qeyd olundu. Fotolar
Tarix: 27-09-2022 | Saat: 22:01
Bölmə:Ölkə | çapa göndər

“27 sentyabr-Anım Günü” Göygöl rayonunda silsilə tədbirlərlə geniş şəkildə qeyd olundu.

AiİA.Az xəbər verir ki, tədbirlərdə Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev, Göygöl rayonundan seçilmiş Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə orqanlarının və idarə, müəssisə, təşkilat rəhbərləri iştirak etmişdir.

İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, sonra Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən rəsmi anım tədbiri zamanı şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himninin səsləndirilməsi ilə tədbir açıq elan olunub.

Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı Elvin Paşayev anım tədbirinin mahiyyətindən, 44 günlük müharibənin başlanma səbəbindən, gedişatından və Möhtəşəm Qələbə ilə nəticələnməsindən bəhs etmişdir. Elvin Paşayev əldə olunan qələbə üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edərək, döyüşlərdə qəhrəmanlıq göstərərək canlarını fəda etmiş şəhidlərimizə və döyüşlərdə iştirak edən bütün şəxslərə borclu olduğumuzu bildirmişdir.

Sonra YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev “Xalqımız bundan sonra müzəffər xalq, dövlətimiz isə qalib dövlət kimi əbədi yaşayacaqdır” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Digər çıxış edənlər Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin direktoru Nuranə Quliyeva, İcra Hakimiyyəti başçısı Aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev, döyüşlər zamanı qəhrəmanlıq göstərmiş vətən övladlarının çücaətindən söhbət açmış, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışmışlar. Bütün çıxış və nitqlərdə Vətən uğrunda canlarının fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələrinin daim hörmət və ehtiramla anılacağı səsləndirilmişdir.

Saat 12-də Göygöl Şəhidlər Xiyabanında şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin məzarları ziyarət olunaraq önünə əklillər və gül dəstələri düzülmüşdür. Sonra Hacıməlik qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olmuş, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu və şəhid ailələrinin üzvləri çıxış etmişlər. Tədbirlər Göygöl şəhərində “ağacəkmə” aksiyası ilə davam etmişdir.

Sonra, Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev, Göygöl rayonundan seçilmiş Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və İcra Hakimiyyətinin əməkdaşları 2022-ci il sentyabr 13-də erməni təxribatı nəticəsində qəhrəmancasına həlak olmuş, şəhid Üzeyir Əliyevin ailəsini ziyarət etmişlər.

Tədbirin sonunda erməni vandalları tərəfindən 44 günlük müharibə dövründə döyüş zonasından çox uzaqda olan, Gəncə şəhərində dinc sakinlərin yaşadığı və gecə saatlarında raket atəşinə tutularaq yerlə yeksan edilmiş binaların yeri tədbir iştirakçıları tərəfindən ziyarət olunmuşdur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024