Azərbaycanda pomidora iynə vurulur?
Tarix: 01-06-2016 | Saat: 14:20
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti son günlər KİV-lərdə və sosial şəbəkələrdə Bakı bazarlarında satılan pomidorların zərərli olması, insan səhhətinə mənfi təsir edən dərmanla yetişdirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Aia.az qafqazinfo-ya istinadən bildirir ki, xidmətin rəisi Camal Quliyev məlumatın əsassız olduğunu deyib. Onun sözlərinə görə, pomidor bitkisi istər istixana, istərsə də tarla şəraitində özünə xas vegetasiya dövründə yetişir: "Bitkinin becərilməsində aqrotexniki qaydalara uyğun olaraq gübrələrdən, boy tənzimləyici preparatlardan, zərərli orqanizmlərə qarşı istifadə olunan pestisidlərdən istifadə olunur. Məhsulun tərkibində preparatların qalıq miqdarı tam olaraq Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən stasionar laboratoriya şəraitində analitik sistem cihazları vasitəsilə təyin edilir. Meyvə-tərəvəz əkinçiliyində bit dərmanı kimi tanınan DDT preparatından istifadə olunmur. Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən DDT və onun metobolitlərinin qalıq miqdarının meyvə və tərvəzlərdə təyin edilməsi məqsədi ilə müayinələr aparılıb və adıçəkilən dərmana və metobolitlərinə rast gəlinməyib. Pomidorların böyük və ya kicik olması, bu sortun genetik xüsusiyyətləri ilə bağlıdır".
C. Quliyev vurğulayıb ki, pomidorlara iynə ilə hər hansı yad maddənin vurulması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Dövlət Xidmətinin Respublika Karantin-Ekspertiza Mərkəzi tərəfindən idxal, ixrac və yerli istehsal məhsullarında mütamadi olaraq molekulyar diaqnostik mayinələr aparılır. Aparılan müayinələr zamanı heç bir ciddi problemlərə rast gəlinməyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024