Mobil versiya
Yaxın günlərdə repetitorluqla bağlı təkliflərlə çıxış edəcəyik
Tarix: 24-10-2025 | Saat: 16:27
Bölmə:Manşet / Təhsil | çapa göndər

Yaxın günlərdə repetitorluqla bağlı təkliflərlə çıxış edəcəyik

"Repetitorluqla bağlı fikirlər söylənildi. Biz bu barədə təkliflərimizi hazırlamışıq, yaxın günlərdə bununla bağlı təkliflərlə çıxış edəcəyik".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

"Təhsil müəssisələrimizin optimallaşdırılması, müəllimlərimizin əməkhaqqı yükünün onların dərs saatlarına deyil, iş saatlarına uyğun olaraq müəyyən edilməsi kimi təkliflər, eyni zamanda repetitorlarla bağlı məsələyə də öz təsirini göstərəcək. Bu məsələni nə dərəcədə həll edə biləcəyik, indidən söyləməkdə çətinlik çəkirəm. Amma hesab edirəöm ki, buna təsir edəcək məsələlərdən biridir”, - nazir müavini bildirib.

Qeyd edək ki, deputat Ceyhun Məmmədov repititorluqla bağlı məsələ qaldırıb və bildirib ki, hətta sertifikasiyaya müraciət edən müəllimlər belə başqa müəllim yanına hazırlığa gedir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-10-2025