Tamam Cəfərova: “Azərbaycanla Qazaxıstan arasında olan əməkdaşlıq regionun iqtisadi mənzərəsini dəyişdirən bir istiqamətə çevrilib”
Tarix: 24-10-2025 | Saat: 18:12
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il oktyabrın 21-də Qazaxıstana növbəti səfər etmişdir. Bu səfər Azərbaycan–Qazaxıstan münasibətləri tarixində yeni və mühüm bir səhifə kimi yadda qalmışdır. Astanada keçirilən Azərbaycan-Qazaxıstan Dövlətlərarası Şuranın ikinci iclası və Prezident İlham Əliyevin mətbuata bəyanatı bir daha sübut etdi ki, qardaş ölkələr arasında münasibətlər artıq təkcə dostluq və etimad üzərində deyil, ortaq strateji hədəflər və beynəlxalq əməkdaşlıq fəlsəfəsi üzərində möhkəmlənir. Əminliklə deyə bilərik ki, Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq regionun iqtisadi mənzərəsini dəyişdirən, Avrasiyanın gələcəyini müəyyənləşdirən mühüm bir istiqamətə çevrilib. Prezident İlham Əliyevin Astanada səsləndirdiyi “Qafqaz və Mərkəzi Asiya artıq vahid geoiqtisadi məkan kimi formalaşır” fikri, əslində, XXI əsrin reallığını ifadə edir: ortaq tarix, ortaq dəyərlər və ortaq maraqlar üzərində qurulan Türk dünyasının iqtisadi-siyasi birliyi artıq ideya mərhələsini çoxdan keçib.
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, bu gün biz artıq əməli addımların şahidiyik — enerji, nəqliyyat, logistika, rəqəmsallaşma və süni intellekt sahəsində imzalanan çoxsaylı sənədlər dövlət başçılarının uzaqgörən liderliyinin real nəticəsidir. “Orta Dəhliz”in inkişafı istiqamətində atılan addımlar, Azərbaycan və Qazaxıstanı təkcə regionun deyil, qlobal ticarət xəritəsinin əsas oyunçularına çevirir. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər təkcə regional əməkdaşlığa deyil, həm də beynəlxalq münasibətlərdəki strateji həmrəyliyə yönəlmiş mesajlar idi: “Ölkələrimiz beynəlxalq aləmdə hər zaman bir-birilərinə dəstək verirlər. Ölkələrimiz ənənəvi olaraq bir-birini – istər BMT, istərsə də digər təşkilatlar olsun – beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyir. Bu yaxınlarda Kasım-Jomart Kemeleviç türk dövlətləri Sammiti çərçivəsində bizi ziyarət etdi. Beynəlxalq platformalarda aktiv qarşılıqlı fəaliyyət bizim aramızda olan yaxınlığı bir daha göstərir.” Bu sözlər diplomatik münasibətlərin dərinliyindən xəbər verir. Azərbaycan və Qazaxıstan artıq bir-birinin dostu yox, beynəlxalq siyasətdə müttəfiqi kimi çıxış edir. İstər BMT tribunasından, istərsə də Türk Dövlətləri Təşkilatının zirvə toplantılarında, hər iki ölkə vahid mövqedən danışır, ortaq prinsipləri müdafiə edir. Prezident İlham Əliyev çıxışında həm də gələcəyə yönəlik strateji mesaj verdi: “Gələn il Azərbaycan iki mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Əminəm ki, Kasım-Jomart Kemeleviç bizim fəxri qonaqların arasında olacaq. Bunlar İslam Əməkdaşlıq Təşkilatının Sammiti və Qazaxıstanın təşəbbüsü nəticəsində formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitidir. Biz bütün beynəlxalq platformalarda demək olar ki, vahid mövqedən çıxış edirik. Bugünkü danışıqlar və qərarlar bunu bir daha təsdiq edir.”
Bu bəyanat, əslində, Azərbaycan diplomatiyasının strateji istiqamətini müəyyən edir: qardaş dövlətlərlə münasibətləri təkcə regional çərçivədə deyil, qlobal ölçüdə gücləndirmək. İslam Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi kimi nüfuzlu platformalarda iki ölkənin fəal iştirakı, həm də Türk dünyasının beynəlxalq səviyyədə nüfuzunun artması deməkdir. Artıq region dövlətləri arasında münasibətlər sırf diplomatik çərçivədən çıxaraq xalqdan xalqa, iqtisadiyyatdan təhlükəsizliyə uzanan çoxşaxəli əməkdaşlıq modelinə çevrilib.
Cənab Prezident İlham Əliyev Astanada çıxışı zamanı xüsusi vurğuladı ki, bu gün Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində həm əldə olunan nəticələr, həm də qarşıdakı planlar artıq konkret təqdimat səviyyəsindədir. “Hazırda biz hər şeyi planlaşdırır və həyata keçiririk, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər.” Bu bəyanat yalnız infrastruktur layihəsinin texniki mərhələsini deyil, onun siyasi və iqtisadi mahiyyətini də ortaya qoyur. Zəngəzur dəhlizi həm Azərbaycanın, həm Qazaxıstanın, həm də bütün Türk dünyasının birləşmə xətti, böyük Avrasiya körpüsünün əsas dayağı olacaq. Ölkə Başçısı avqust ayında baş tutan Vaşinqton Sammitini xatırladaraq bildirib ki, “…Avqustda keçirilən Vaşinqton Sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi.” Bu fikirlər Azərbaycanın regional logistika xəritəsində lider rolunu bir daha təsdiqləyir. “TRIPP layihəsi” ilə Orta Dəhliz konsepsiyası yeni mərhələyə qədəm qoyur – artıq Azərbaycan vasitəsilə Asiyadan Avropaya gedən yüklərin həcmi təkcə artmır, həm də strateji istiqamətlər üzrə çox şaxələnir. Bu, təkcə iqtisadi deyil, həm də geosiyasi investisiyadır – çünki nəqliyyat və enerji marşrutlarına nəzarət edən ölkə regional təhlükəsizlik arxitekturasında da söz sahibinə çevrilir.
Millət vəkili Tamam Cəfərova xüsusilə qeyd edib ki, Astana görüşü, həm də, lider diplomatiyasının parlaq nümunəsidir. Azərbaycan Prezidentinin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ölkəmiz bu gün bütün Avrasiya məkanında etibarlı tərəfdaş, sabitlik və inkişaf mənbəyi kimi qəbul olunur. İlham Əliyevin siyasi iradəsi ilə formalaşan bu kurs, Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirməklə yanaşı, Türk dünyasının inteqrasiya xəritəsini də daha aydın şəkildə cızır.
Bu səfər və liderlərin bəyanatları bir həqiqəti bir daha nümayiş etdirdi:
Azərbaycan və Qazaxıstan təkcə iki müttəfiq dövlət deyil, eyni kökdən, eyni ruhdan, eyni məqsəddən doğan iki qardaş xalqdır. Bu qardaşlığın dayaqları siyasi maraqlar deyil, tarixin, mədəniyyətin və milli kimliyin dərin kökləridir.
Astanada səslənən hər bir cümlə, hər bir razılaşma gələcək nəsillərə yönəlik bir mesaj idi — Türk dünyası birləşdikcə güclənir, gücləndikcə dünyada söz sahibi olur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-10-2025