Mobil versiya
Putin İlham Əliyevə zəng edib - YENİLƏNİB
Tarix: 24-10-2025 | Saat: 16:08
Bölmə:Manşet / Siyasət | çapa göndər

Putin İlham Əliyevə zəng edib -

Oktyabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər. Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə və beynəlxalq vəziyyətə toxunulub.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

***14:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

aia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, Putin və Əliyev regional əməkdaşlığın bir sıra aspektlərini və beynəlxalq vəziyyəti müzakirə ediblər. Tərəflər, həmçinin ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı sadiqliklərini təsdiqləyib, müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-10-2025