Mobil versiya
Düşmənlə eyni mövqedən çıxış etmək radikal müxalifətin əsl mahiyyətini göstərir.
Tarix: 23-09-2022 | Saat: 18:45
Bölmə:Ölkə | çapa göndər

Düşmənlə eyni mövqedən çıxış etmək radikal müxalifətin  əsl mahiyyətini göstərir.


12 sentyabrda erməni diversiya qruplarının Azərbaycan ərazisində təxribat törətməsi Vətən Müharibəsindən sonra ən böyük silahlı münaqişə oldu. Erməni diversiya qruplarının zərərsizləşdirilməsi və eyni zamanda Azərbaycan ərazisini vaxtaşırı təhdid edən hərbi obyektlərin vurulması Azərbaycan silahlı qüvvələrinin gücünü göstərdi. Azərbaycan xalqı bu hadisələri yaxından izlədi və ordunu dəstəklədi. Ancaq bu fonda Azərbaycanın radikal müxalifətinin ermənipərəst mövqe tutması ortaya çıxdı. xalqla bir yerdə olmaq, Azərbaycan ordusuna hörmətlə yanaşmaq əvəzinə, iftira, böhtan atmaq radikal müxalifət üçün adi bir hala çevrilib.Sosial şəbəkələrdə ordumuzun qələbəsini kiçiltməyə, Azərbaycan əsgərinin qələbəsini heçə endirməyə çalışdılar. Bir dəfə də olsun şəhid dəfnində iştirak etməyən, şəhid ailələrini ziyarət etməyən radikal müxalifət rəhbərləri sosial şəbəkələrdəki açıqlamaları ilə özləri özlərini ifşa etdilər. Onların dedikləri ilə həm Ermənistanın rəsmi dairələrinin, həm xaricdəki erməni diaspor dairələrinin mövqeyi üst-üstə düşürdü. Sanki “5-ci kolon” kimi kənardan tapşırıq almışdılar.Xalqdan ayrı düşən və bu gün hansı mənbələrdən maliyyələşdiyi məlum olmayan radikal müxalifət rəhbərləri həmişə olduğu kimi Azərbaycan xalqının əksinə getdilər. Bəyanatları erməni dəyirmanına su tökmək idi, ağa qara demək, vəziyyəti daha da gərginləşdirmək idi. Düşmənlə eyni mövqedən çıxış etmək radikal müxalifətin əsl mahiyyətini göstərir. Onların nə deməyindən asılı olmayaraq Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib, öz ordusunu müdafiə edir.


Saatlı rayonu, Mollavaizlı kənd sakini
Vətən müharibəsi iştirakçısı
Elmir İbrahimov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024