Mobil versiya
ÜST rəhbəri: koronavirusla mübarizədə dünya hələ uzun yol qət etməlidir
Tarix: 23-09-2022 | Saat: 13:50
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

ÜST rəhbəri: koronavirusla mübarizədə dünya hələ uzun yol qət etməlidir

Dünyada COVID-19 səbəbindən ölüm hallarının sayı azalır, hazırda həftə ərzində ölüm hallarının sayı 2021-ci il yanvar ayının pik göstəricilərinin yalnız 10 faizini təşkil edir. Lakin bəşəriyyət koronavirusla mübarizədə hələ “uzun yol” keçməlidir. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

“İndi biz istənilən dövrlə müqayisədə daha yaxşı mövqedəyik. Həftədə qeydə alınan ölüm hallarının sayı azalmaqda davam edir və o 2021-ci il yanvar ayının pik göstəricilərinin yalnız 10 faizini təşkil edir", - deyə o qeyd edib. Bununla belə, ÜST başçısı xatırladıb ki, "vaksinasiyada hələ də böyük boşluqlar var, xüsusilə də aşağı və orta gəlirli ölkələrdə". Koronavirus "hələ də yayılır və mutasiya edir, bu da daha təhlükəli variantın meydana çıxması riski yaradır".

ÜST-nin baş direktorunun sözlərinə görə, bəşəriyyət pandemiya ilə mübarizədə "tunelin sonunda işığın parıltılarını görməyə başlayır", lakin irəlidə "hələ uzun yol var, tunel isə hələ ki qaranlıqdır, çox sayda maneələr var", - deyə Tedros Qebreyesus vurğulayıb.

"Bizim hamımızın bir ümidə ehtiyacımız var ki, tunelin sonuna çataq və pandemiyanı geridə qoyaq, və biz bunu edəcəyik. Lakin biz hələ buna nail olmamışıq. Biz hələ də tuneldəyik", - deyə ÜST-nin baş direktoru davam edib. O xatırladıb ki, təhlükəsizlik tədbirlərinə əməl etmək lazımdır, onların da arasında maska taxmaq, dərmanlara çıxışı təmin etmək və koronavirusla bağlı testlər aparmaq. ÜST-nin rəhbəri qeyd edib ki, aşağı gəlirli ölkələrdə əhalinin yalnız 19 faizi peyvənd olunub, “xilasedici müalicəyə çıxış isə faktiki olaraq mövcud deyil". Ötən həftə ərzində dünyada COVID-19 səbəbindən 10 minə yaxın ölüm halı qeydə alınıb. Bu, "çox böyük rəqəmdir, nəzərə alsaq ki, ölümlərin əksəriyyətinin qarşısı alına bilərdi", - deyə baş direktor sözünü yekunlaşdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024