Mobil versiya
YAP Samux rayon təşkilatında Ərazi Partiya Təşkilat sədrlərinin yığıncağı keçirildi - FOTO
Tarix: 23-09-2022 | Saat: 13:33
Bölmə:Ölkə | çapa göndər

YAP Samux rayon təşkilatında Ərazi Partiya Təşkilat sədrlərinin yığıncağı keçirildi

AİA.Az xəbər verir ki, 23 sentyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin yığıncağı keçirildi. Yığıncağı giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Yeni Azərbaycan Partiyasının qarşıdan gələn 30 illik yubileyinə hazırlıqla bağlı qeyd etdi ki, zaman baxımından qısa görünən bu 30 il Azərbaycanın tarixinə böyük uğur səhifələrini yazdı. Bu ilin payızında 30 illik yubileyini tarixi Zəfərimizin yaratdığı xoş əhvali-ruhiyyə şəraitində, Qarabağımızın cənnətməkana çevrildiyi, mədəniyyət paytaxtımız olan gözəl Şuşanın müxtəlif rəngarəng tədbirlərə evsahibliyi, uğur salnaməmizdə yeni səhifələr açacaq dövlətlərarası sənədlərin imzalanmasına şahidlik etdiyi, işğaldan azad olunmuş ərazilərimizə xarici aviauçuşların təşkil olunduğu, ölkədaxili avtobus reyslərinin açıldığı və sair nailiyyətlərimizin sevinci fonunda qeyd edəcək Yeni Azərbaycan Partiyasının uğurları çoxdur. Onun təməlində isə müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin yaradıcısı olması, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə zamanın ruhuna uyğun daha da təkmilləşməsi, yeniləşməsi, tutduğu yola sadiqliyi, sözlə əməl birliyi, monolitliyi, dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayaraq yeni-yeni hədəflərə doğru inamla irəliləməsi dayanır. Sonra G.Bayramov Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə əlaqədat keçiriləcək tədbirlərdən söhbət açaraq partiya üzvlərinin dəstəyinin və iştirakının təmin edilməci ilə əlaqədar ərazi partiya təşkilat sədrlərinin üzərinə düşən vəzifələrdən danışdı. G. Bayramov görüləcək işləri izah edərək müvafiq tapşırıqlar verdi. Həmçinin Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında təbliğat işlərinin aparılması və üzvlərin uçotunun dəqiqləşdirilməsi barədə də ƏPT sədrlərinə müvafiq tapşırıqlar verdi. Daha sonra isə Ərazi Partiya Təşkilat sədrlərini maraqlandıran sualları cavablandırdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024