Mobil versiya
Bu rayonlarda qaz təchizatında fasilə yaranacaq
Tarix: 22-09-2022 | Saat: 12:48
Bölmə:Ölkə | çapa göndər

Bu rayonlarda qaz təchizatında fasilə yaranacaq

Sabah Azərbaycanın 4 rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə aia.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Qaz İxrac" İdarəsinə məxsus "Yevlax-Şəki-Balakən" yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar, 23.09.2022-ci il tarixdə saat 09:00-dan etibarən işlər başa çatanadək "Cəfərabad", "Aşağı Göynük", "Qax", "Əliabad", "Zaqatala", "Makov", "Katex", "Balakən" QPS-lərdən və "Şəki Kərpic zavodu" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Qax, Zaqatala, Balakən rayonlarının tam olaraq, Şəki rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024