Mobil versiya
Kaizen – Gələcəyə Bu gündən hazırlaşdıranTəhsil Mərkəzi - FOTOLAR
Tarix: 21-09-2022 | Saat: 10:00
Bölmə:Təhsil | çapa göndər

Kaizen – Gələcəyə Bu gündən hazırlaşdıranTəhsil Mərkəzi

Azərbaycanın təhsil sektorunda müasir yanaşma və infrastruktura malik, XXI əsr bacarıqlarını inkişaf etdirmək məqsədi ilə qurulmuş özəl təhsil şirkətlərindən biri də Kaizen Təhsil Mərkəzidir.

Kaizen Təhsil Mərkəzinin missiyası şagirdlərin meyl, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanması üçün lazım olan təhsil mühiti formalaşdırmaqdır.

Kaizen Təhsil Mərkəzinin çoxşaxəli tədris proqramları şagirdlərdə təfəkkürlə bağlı - yaradıcılıq (kreativlik), tənqidi təfəkkür, problem həlletmə, qərar qəbuletmə, müstəqil öyrənmə; fəaliyyətlə bağlı - ünsiyyət, əməkdaşlıq, rəqəmsal savadlılıq, informasiya savadlılığı, maliyyə savadlılığı; dəyərlərlə bağlı - milli kimliyin dərki və milli iftixar hissi, fəal vətəndaş mövqeyi, şəxsi və sosial məsuliyyət, demokratiya və insan hüquqlarına hörmət, mədəni müxtəlifliyə hörmət kimi səriştələrin formalaşmasına dəstək olur.

Tədris Mərkəzinin peşəkar kollektivinin şagirdlərin XXI əsr bacarıqlarına yiyələnməsi üçün dərslər və müxtəlif dərsdənkənar fəaliyyətərin icrası üçün kifayət qədər təcrübəsi və potensialı vardır.

Kaizen Təhsil Mərkəzində geniş və işıqlı dərs otaqları, fizika, kimya, biologiya, kompyuter-İKT, STEAM laboratoriyaları, kitabxana, yeməkxana, tibb otağı və müasir idman zalı mövcuddur. Müasir üslubda hazırlanmış tam təchizatlı laboratoriyalar şagirdlərin nəzəri biliklərini praktikada tətbiq etmək imkanı verir. Sinif otaqlarının hamısı müasir tipli interaktiv lövhələrlə təchiz olunmuşdur. Adi lövhələrdən bir çox üstünlüklərinə görə fərqlənən interaktiv lövhələr tədrisin daha yaxşı mənimsənilməsinə kömək edir.

Milli, eyni zamanda dünya ədəbiyyatı ilə zəngin geniş, işıqlı kitabxana asudə vaxtlarında, həmçinin sinifdənxaric oxu saatlarında şagirdlərin üzünə açıqdır. Basketbol, voleybol, mini-futbol zalı hər zaman şagirdlərin istifadəsindədir.

Eyni zamanda təhsil mərkəzinin həyətində açıq havada xalça sahədən ibarət idman meydançası, hərəkətli idman mexanizmləri də quraşdırılmışdır.

Məktəbəqədər hazırlıq 5 yaş üçün nəzərdə tutulmuşdur. Tədris mərkəzinin məktəbəqədər hazırlıq qruplarında uşaqların intellektual, əqli, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi, həmçinin məktəbəqədər təhsil uşaqların milli-mənəvi və bəşəri dəyərlər ruhunda, tərbiyə olunmasına istiqamətləndirilir, ümumi təhsilə hazırlığı həyata keçirilir.

İbtidai təhsil səviyyəsində şagirdlərə oxu, yazı, hesablama, ünsiyyət bacarıqları aşılanır, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, xarici dildə sadə ünsiyyət bacarıqları və məntiqi təfəkkür elementləri, estetik zövq, sadə tətbiqi bacarıq və vərdişlər formalaşdırılır. Kaizen Təhsil Mərkəzinin ibtidai siniflərində milli kurikulum proqramına uyğun fənlərlə yanaşı informatikanın robotexnika və ya kodlaşdırma sahələri də tədris olunur. İngilis dili fənn saatı həftədə ən az 4 saat olmaqla tədris olunur.

5,6,7,8-ci sinif şagirdlərin yazılı və şifahi nitq inkişafının, idrak fəaliyyətinin gücləndirilməsini, ölkənin tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti, sosial-iqtisadi infrastrukturu, dünya dövlətləri arasında mövqeyi barədə təsəvvürlərinin genişləndirilməsini, onlarda informativ-kommunikativ, təhlil və tətbiq, problem həlli, əməkdaşlıq, müstəqil təhsil, xarici dildə ünsiyyət qurmaq bacarıqlarının,kimi keyfiyyətlərin formalaşdırılmasını təmin edir.

Kaizen Təhsil Mərkəzi dünyada məşhur olan “E2 Youngengineers” STEAM tədris proqramlarının Bakı şəhəri Nərimanov və Sabunçu rayonları üzrə rəsmi tərəfdaşı, Franşizasının sahibidir. Müxtəlif yaş qruplarına görə hazırlanmış Gənc Mühəndis tədris proqramları şagirdlərin dünya və ətraf mühit haqqında biliklərini artırır; cəmiyyət hissi və aidiyyət hissləri gücləndirir; müstəqil və yaradıcı düşüncəni təşviq edir; öz-özünə effektivlik hissi və problem həll etmə bacarıqlarını inkişaf etdirir; komanda qurma, əməkdaşlıq və qrup oyunları bacarıqlarını artırır.

Təhsil mərkəzində abituriyent hazırlığı həyata keçirilir. DİM-in qəbul proqramı əsasında tədris sistemi təbiq olunur, elektron lövhələrdə interaktiv dərslər keçirilir. Yeni qəbul qaydalarına uyğun aylıq sınaq imtahanları təşkil olunur, dərslərdən geri qalan zəif dinləyicilərə fərdi dəstək göstərilir.

YÖS (Yabancı Öğrenci Sınavı - Xarici Tələbə İmtahanı) Türkiyədəki universitetlərdə təhsil almaq istəyən əcnəbi tələbələrin istifadə etdiyi universitetə qəbul imtahanıdır. YÖS imtahanı 2023-cü ildən ÖSYM tərəfindən mərkəzləşdirilmiş qaydada MYÖS adıyla keçiriləcək. Türkiyədə təhsil həyatını davam etdirmək istəyən əcnəbi tələbələr üçün əhəmiyyətli bir imtahandır. Kaizen Təhsil Mərkəzində MYÖS hazırlıq kursları 9-10-11-ci sinif şagirdləri və məzunlar üçün nəzərdə tutulmuşdur. Kursda MYÖS imtahanının əhatə etdiyi mövzular izah edilir, kurs materialları ilə təmin olunur. Aylıq mövzu sınaqları təşkil edilir.

Təhsil mərkəzində dərsdənkənar istedadların artırılması və daha da inkişaf etdirilməsi məqsədilə sənət və yaradıcılığa marağı olan şagirdlər üçün də musiqi, rəsm, şahmat, dram və s. sahələr üzrə dərnəklər mövcuddur.

Mərkəzdə fənlər üzrə bilik yarışları keçirilir, fotostendlər hazırlanır, sürətli oxu və yazı müsabiqələri təşkil olunur. Bundan başqa digər sahələr (rəsm, kulinariya, toxuculuq, dizayn) üzrə də müsabiqələr və sosial fəaliyyətlər keçirilir.

Şagirdlər istəklərinə görə dərsdənkənar idman dərnəklərində - futbol, basketbol, şahmat, şaşki, voleybol, tennis, cüdo və s. iştirak edə bilirlər. Sosial fəaliyyətlərin təşkili şagirdlərdə gələcək karyeralarında komanda üzvü və lideri kimi işləmək vərdişlərini aşılamaq məqsədi güdür.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsi 478 ünvanda yerləşən Kaizen Təhsil Mərkəzinə qəbul müsabiqə yolu ilə həyata keçirilir.

Ceyhun Rüstəmov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024