Arda Gülərə ASTRONOMİK TƏKLİF: Gündə BU QƏDƏR qazanacaq
Tarix: 15-11-2026 | Saat: 20:17
Bölmə:İdman | çapa göndər

“Real Madrid” klubu son dövrlərdəki uğurlu çıxışı ilə diqqət çəkən türkiyəli futbolçu Arda Gülər ilə yeni müqavilə bağlamağa hazırdır.
aia.az xəbər verir ki, İspaniya mətbuatının məlumatına görə, gənc ulduzla 5 illik yeni sözləşmə üzrə prinsipial razılıq əldə olunub.
Mövcud müqavilədə bonuslar xaric illik 6 milyon 250 min avro qazanan Arda Gülərə təklif edilən illik maaş 8 milyon avroya yüksəldilib.
Bu təkliflə futbolçunun qazancında təxminən 28 faiz artım olacaq.
Yeni şərtlərə əsasən, onun həftəlik qazancı təxminən 153,8 min avro, günlük qazancı isə təxminən 21,9 min avro təşkil edəcək.
Beşillik müddət ərzində onun ümumi qazancı bonuslar nəzərə alınmadan 40 milyon avroya çatacaq.
Digər tərəfdən, komandanın baş məşqçisi Joze Mourinyonun klub rəhbərliyindən Arda Gülər, Cud Bellinqem, Federiko Valverde və Orelyen Çuameni ilə yeni müqavilələrin imzalanmasını tələb etdiyi bildirilir.
Bu mövsüm “Real Madrid” forması ilə bütün turnirlərdə 14 qarşılaşmaya çıxan 21 yaşlı futbolçu 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalaraq ümumilikdə 11 qola birbaşa töhfə verib.
Klubun bu yüksək performansı uzunmüddətli müqavilə ilə rəsmiləşdirməsi gözlənilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər