Mobil versiya
Ürək xəstəsinə böyrək köçürülməsi əməliyyatı uğurla başa çatıb
Tarix: 19-09-2022 | Saat: 14:47
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Ürək xəstəsinə böyrək köçürülməsi əməliyyatı uğurla başa çatıb

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mürəkkəb cərrahiyyə əməliyyatı həyata keçirilib.

Universitetin mətbuat xidmətindən AİA.Az-a bildirilib ki, I cərrahi xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru Bayramov və klinikanın transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Anar Namazov xəstə üzərində böyrək köçürülməsi əməliyyatını icra ediblər.

A.Namazovun sözlərinə görə, əvvəllər üzərində açıq ürək əməliyyatı keçirilmiş və dializ xəstəsi olan pasiyent risk qrupuna daxil olan xəstələrdən hesab olunurdu: “Lakin kardioloqlar və kardiocərrahların konsultasiyasından sonra xəstənin əməliyyat edilməsinə qərar verildi. Əməliyyat uğurla icra olunaraq ona böyrək köçürüldü. Əməliyyatdan öncə 10-un üzərində olan kreatin göstəricisi hazırda 1,6-dək enib. Xəstə nəzarətimiz altındadır, özünü yaxşı hiss edir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024