Uğurlu müstəqil siyasət
Tarix: 07-09-2022 | Saat: 12:53
Bölmə:Siyasət | çapa göndər

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. İndi Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır. Azərbaycan Prezidenti mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Digər dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın başqa ölkələrlə qarşılıqlı əlaqələrində başlıca prinsipdir.
"The European House - Ambrosetti" İtaliya və Avropa şirkətləri üçün mühüm əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtaliya şirkətlərinin Asiya və Afrikadakı tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviq edilməsinə xidmət edir. İtaliyada keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusi qonaq qismində iştirak və çıxış edib. Dövlətimizin başçısı "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış edərək bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı strategiyası bir neçə mərhələyə bölünüb: "Birinci mərhələdə müstəqilliyimizin bərpasından sonrakı üç il ərzində, yəni, 1994-cü ildə Azərbaycan Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət idi. Tezliklə biz Avropa bazarına və əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik".
Dövlətimizin başçısı onu da qeyd edib ki, Azərbaycan artıq uzun illər boyu İtaliyanın ən böyük neft təchizatçısı kimi tanınmaqdadır. Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, bizim ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Lakin mövcud potensial və qaz infrastrukturuna sərmayə yatırmaq planlarımızı nəzərə alsaq, bizim böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacımız var idi. Biz bunu Cənub Qaz Dəhlizi adlandırdıq. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü – dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var.
Dövlət başçısımızın səfəri zamanı təhsil mövzusuna xüsusi diqqət yetirilib. "İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Luiss Guido Carli Universiteti arasında akademik əməkdaşlığa dair saziş"i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Luiss Guido Carli Universitetinin vitse-prezidenti professor xanım Paola Severino mübadilə ediblər. Analoji saziş ADA ilə Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti, Milan Politexnik Universitetinin arasında da imzalanıb.Bu əməkdaşlıq sazişləri Azərbaycan üçün çox əhəmiyyətlidir. Dünyanın ən inkişaf etmiş 8 ölkəsindən biri olan İtaliya G-7 təşkilatının üzvü olaraq öz iqtisadi və sənaye uğurlarını nümunəvi təhsil sistemi sayəsində qazanıb. Bu baxımdan bizim bu ölkənin təhsil sistemindən yararlanmağımız faydalı olacaq.Prezident İlham Əliyev bu mövzuya toxunaraq bildirib ki, bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır: "İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Roma Sapienza Universiteti - bu adlar İtaliyanın kənarında da məşhurdur".Daha sonra cənab Prezident qeyd edib: "Biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq".
Qeyd edək ki, bu görüş İtaliya və Azərbaycan rəhbərləri arasında indiyədək baş tutan görüşlərin davamıdır. İtaliyaya artıq yeddinci dəfə səfər edən Prezident cənab İlham Əliyev bundan əvvəlki görüşlərdə olduğu kimi, iki ölkə arasında aktiv siyasi dialoqu davam etdirib.Forumun moderatorunun dünyada və regionda mövcud geosiyasi vəziyyətlə bağlı sualını cavablandıran dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Bu kontekstdə cənab Prezident xatırladıb ki, Azərbaycana qarşı beynəlxalq hüququn prinsipləri uzun illərdir pozulurdu. Həmçinin Prezident İlham Əliyev beynəlxalq hüququn qorumasına cavabdeh olan beynəlxalq institutların fəaliyyətinin cari çağırışlara uyğunlaşdırılmasının vacibliyini qeyd edib. 44 günlük müharibə zamanı və postmüharibə dövründə dünyanın ən məşhur telekanal və informasiya agentliklərinə müsahibələr verərək, dövlət başçımız bütün sualları ətraflı və sərrast cavablandırmaqla yanaşı, həm də yeni informasiya strategiyasının formalaşmasının əsasını qoydu. İtaliya Avropada ölkəmizin ən yaxın tərəfdaş olduğu bir nömrəli ölkədir. Bu isə ölkələrimiz arasında mövcud fəal siyasi dialoqa əsaslanır. Belə ki, iki il öncə, 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş müzakirələr davamlı şəkildə aparılır.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatında məsləhətçi
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-05-2025