Türk Dövlətləri Təşkilatı: ortaq mənəvi dəyərlər və siyasi həmrəylik əsasında yeni hədəflərə doğru - ŞƏRH
Tarix: 23-05-2025 | Saat: 13:32
Bölmə:Manşet / Siyasət | çapa göndər

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Türk dünyasında strateji dialoqun gücləndirilməsi baxımından əlamətdar olub. Görüşdə bir çox aktual regional və qlobal məsələlər müzakirə olunub, birgə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib. Bu mötəbər toptantı TDT-nin beynəlxalq nüfuzunun artdığını və yeni geosiyasi reallıqlar fonunda türk dövlətlərinin birgə mövqeyinin önəmini bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunaraq ciddi mesajlar verib. Azərbaycanın tranzit, nəqliyyat və logistika imkanları barədə danışan dövlətimizin başçısı bu sahədə türk dövlətləri ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Ölkəmizin əlverişli coğrafi mövqeyi və güclü nəqliyyat infrastrukturu türk dövlətləri üçün mühüm tranzit və logistika imkanları yaradır. Bu xüsusda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyük əhəmiyyət daşıyır. Azərbaycanın Xəzər dənizində 50-dən çox ticarət gəmisindən ibarət donanması vasitəsilə türk dövlətlərinə geniş tranzit xidmətləri göstərdiyini vurğulayan dövlətimizin başçısı hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəminin inşa edildiyini bildirib. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması da planlaşdırılır. Həmçinin Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir, 9-cu hava limanı isə yaxın vaxtlarda istifadəyə veriləcək. Bu limanlardan 3-ü işğaldan azad edilmiş ərazilərdə yerləşir. Paralel olaraq, 1,5 milyon tonluq yük qəbul etmək gücündə karqo terminalının inşası həyata keçirilir ki, bu da Azərbaycanın regional logistik mərkəz kimi mövqeyini daha da möhkəmləndirir. Bu faktlar Azərbaycanın yalnız region daxilində deyil, eyni zamanda Asiya ilə Avropanı birləşdirən genişmiqyaslı nəqliyyat dəhlizlərində də mühüm strateji rol oynadığını aydın şəkildə göstərir.
Zirvə görüşündə ötən ilin noyabrında ölkəmizin COP29 konfransını yüksək səviyyədə təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, bu beynəlxalq tədbir zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Azərbaycan Prezidenti bu sazişin ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaratdığını diqqətə çatdırıb. COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq etimadının göstəricisi olmaqla yanaşı, Türk Dövlətləri Təşkilatı üçün də nüfuz qazandıran bir hadisəyə çevrilib.
Zirvə görüşündə qəbul edilmiş Bəyannamə türk dövlətlərinin birliyini göstərən mühüm sənəddir. Bəyannamədə TDT-nin beynəlxalq təşkilatlarla əməkdaşlığının dərinləşdirilməsi təşviq edilir. Sənəddə üzv ölkələrin bir-birinin namizədliklərini və təşəbbüslərini beynəlxalq platformalarda qarşılıqlı şəkildə dəstəkləməsi vurğulanır. Xüsusilə, Qırğızıstanın 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına və 2028–2030-cu illər üçün ECOSOC-un üzvlüyünə namizədliyinin dəstəklənməsi Türk Dövlətləri Təşkilatının qlobal miqyasda koordinasiyalı fəaliyyətə verdiyi önəmi nümayiş etdirir.
Yekun olaraq Budapeştdə keçirilən Zirvə görüşü türk dövlətlərinin siyasi həmrəyliyinin, iqtisadi əməkdaşlığının və ortaq kimlik əsasında birliyinin daha da möhkəmləndiyini göstərir. Prezident İlham Əliyevin çıxışında ifadə olunan fikirlər Azərbaycanın regionda nəqliyyat, energetika və ekoloji sahələrdəki lider mövqeyini, eləcə də Türk dünyasına sadiqliyini bir daha təsdiqləyir.
Asif Əsgərov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-05-2025