Mobil versiya
Azərbaycanda 132 nəfər koronavirusa yoluxub - ölən olmayıb
Tarix: 29-08-2022 | Saat: 17:40
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Azərbaycanda 132 nəfər koronavirusa yoluxub -

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış pasiyentlər arasında vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 812 248 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 867 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 576 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1841, bu günə qədər isə ümumilikdə 7 147 186 test icra olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024