Mobil versiya
Nurməhəmmədov bukmekerlərdən pul almaqdan imtina edib
Tarix: 26-08-2022 | Saat: 09:32
Bölmə:İdman | çapa göndər

Nurməhəmmədov bukmekerlərdən pul almaqdan imtina edib

Rusiyalı qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Həbib Nurməhəmmədov rəhbərlik etdiyi “Eagle FC” təşkilatının bukmeker kontorları ilə əməkdaşlıq etməyəcəyini bildirib.

O vurğulayıb ki, onun klubu qumar oyunlarını təbliğ etməyəcək. Keçmiş döyüşçü idman mərclərini insanlar üçün təhlükəli hesab etdiyini qeyd edib.

“Bizə bukmeker kontorları lazım deyil. Məncə bu, spirtli içkilərdən daha təhlükəlidir. Onun reklamı spirtli içkilərdən də pisdir. Nə qədər gənc belə oyunların aludəçisinə çevrilir? Ailələri məhv olur!”, - deyə Nurməhəmmədov bildirib.

“Biz tamaşaçılarımıza hansı məhsulu reklam etdiyimizə diqqət edirik”, - deyə o, əlavə edib.

Qeyd edək ki, Nurməhəmmədov “Ultimate Fighting Championship” (UFC) turnirindəki çıxışları ilə tanınır. O, yüngül çəkidə UFC çempionu olub. Döyüşçünün 29 qarşılaşmada 29 qələbəsi var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024