Mobil versiya
Erməni dramı sürətlə dəyərsizləşir
Tarix: 25-08-2015 | Saat: 00:29
Bölmə:İqtisadiyyat / Manşet / Karusel | çapa göndər

Erməni dramı sürətlə dəyərsizləşir
Dollar və avronun məzənnəsi isə qalxıb.
İşğalçı Ermənistanda ağır sosial-iqtisadi durumun göstəricilərindən biri də milli valyuta olan dramın alıcılıq qabiliyyətinin aydan aya aşağı düşməsidir.

ANS PRESS-in məlumatına görə, Ermənistanın milli valyutası dram ABŞ dollarına nisbətən 1,2 %, avroya nisbətən isə 3,1% ucuzlaşıb.

Bu barədə Rusiya mətbuatına Ermənistan Mərkəzi Bankı açıqlama verib. Hazırda ABŞ dollarının orta məzənnəs 483,43 dram, avro isə - 554,83 dramdır. Ekspertlər əsas xarici səbəb kimi Rusiya valyutasının devalvasiyasını, daxili səbəb kimi isə Ermənistanda iqtisadi vəziyyətin pisləşməsini göstərirlər.


Erməni dramı

Həmçinin ölkədə inflyasiya artaraq ikirəqəmli göstəriciyə yaxınlaşmaqdadır. Ermənistan Milli Statistika Xidmətinin açıqladığı məlumata görə, avqustda 12 ay üçün inflyasiya 9.3 faiz təşkil edib. Bu o deməkdir ki, cari ilin avqustunda qiymətlər ötən ilin avqustu ilə müqayisədə 9.3 faiz qalxıb. Ərzaq məhsullarında artım daha yüksəkdir -10 faiz. İyunda 12 ay üçün inflyasiya 6.5, iyulda isə 8.5 faiz olub. Bir sözlə, dram nəinki ildən-ilə, hətta aydan-aya məzənnədən düşür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024