Mobil versiya
Azərbaycan çempionatında 17 ildən sonra nadir hadisə
Tarix: 22-08-2022 | Saat: 16:57
Bölmə:İdman | çapa göndər

Azərbaycan çempionatında 17 ildən sonra nadir hadisə

Futbol üzrə Azərbaycan Premyer Liqasının III turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.

aia.az report-a istinadən xəbər verir ki, "Sabah" - "Neftçi" matçında bir komandanın qapısına üç penalti zərbəsi təyin edilib.

Meydan sahibləri bu üç imkanın ikisindən yararlanıb.

Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/2006 mövsümünün "Gənclərbirliyi" - "Şahdağ" görüşündə də qonaqlar cəzalanıb.

2005-ci il dekabrın 10-da keçirilmiş görüşdə hər üç penaltini Pathe Banqura yerinə yetirib. Sumqayıt təmsilçisinin hücumçusu bu imkanlardan ikisindən istifadə edib. Həmin qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Sabah" "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024