Abşeron güləş məktəbinin yetirməsi dünya çempionu olub
Tarix: 17-08-2022 | Saat: 16:02
Bölmə:İdman | çapa göndər
Avqustun 15-də Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə U-20 dünya çempionatı start götürüb. Avqustun 21-dək davam edəcək mundialda güləşin hər üç növü üzrə millilərimiz iştirak edirlər. Azərbaycan millisinin tərkibində Abşeron idmançıları da var. Belə ki, ölkəmizi təmsil edən idmançılardan üç nəfəri - Kənan Heybətov (70 kq), Birgül Soltanova (62 kq) və Mərziyə Sadıqova (65 kq) Xırdalan şəhərində fəaliyyət göstərən Abşeron güləş məktəbinin yetirmələridir.
Abşeron Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev AZƏRTAC-a bildirib ki, Kənan Heybətov avqustun 16-da keçirilən U-20 dünya çempionatında bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. 70 kq çəki dərəcəsində həlledici qarşılaşmada rəqib ABŞ təmsilçisi Miçel Mesenbrink olub. İlk hissəni 7:2 hesabı ilə öndə tamamlayan Abşeronun sərbəst güləşçisi Heybətov ikinci yarıda da üstünlüyünü qoruyaraq, 13:7 hesabı ilə qalib gəlib və karyerasında ilk dəfə dünya çempionu adına yiyələnib.
Ə.Əmirəliyev qeyd edib ki, avqustun 17-19-da qadın güləşçilər xalçaya çıxacaqlar. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında ölkəni Gültəkin Şirinova (50 kq), Əsmər Canqurtaran (53 kq), Birgül Soltanova (62 kq), Mərziyə Sadıqova (65 kq) və Nigar Mirzəzadə (68 kq) təmsil edəcəklər.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu