Mobil versiya
Ana qeysəriyyə əməliyyatından sonra öldü
Tarix: 16-08-2022 | Saat: 09:24
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Ana qeysəriyyə əməliyyatından sonra öldü

Lənkəran Regional Perinatal Mərkəzində ana doğuş zamanı ölüb.

APA-nın verdiyi məlumata görə, Astara rayon Rüdəkənar kənd sakini 1996-cı il təvəllüdlü Elmirə Əhədli 3-cü uşağı dünyaya gətirmək üçün regional mərkəzə aparılıb.

Xəstə müayinə olunduqdan sonra 3-cü qeysəriyyə əməliyyatına aparılıb.

Əməliyyatdan sonra ana və körpənin vəziyyətləri normal olub.

Təqribən bir saatdan sonra hər ikisinin vəziyyəti pisləşib.

Həkimlər körpənin həyatını xilas etsələr də, ana xəstəxanada vəfat edib.

Yeni doğulan körpənin vəziyyəti hazırda ağır qiymətləndirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024